Lənkəranda aqrar sahənin gəlirli bölmələrinə diqqət artırılır

Subtropik zonanın mərkəzi sayılan Lənkəranda sitrusçuluq, çayçılıq və tərəvəzçiliklə yanaşı, kənd təsərrüfatının digər sahələri üzrə də illər boyu müəyyən iş görülmüş, ərzaq bolluğunun təmin olunmasına töhfələr verilmişdir. Hazırda rayonda günün tələbinə uyğun olaraq, daha gəlirli sahələrin genişləndirilməsi prosesi gedir.

Qax şəhərində barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair keçirilmiş respublika müşavirəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışından irəli gələn vəzifələrlə əlaqədar Lənkəranda bir araya gələn ictimaiyyət nümayəndələri işgüzar müzakirələr aparıblar. 

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov müşavirəni ­açaraq ölkə rəhbərinin müdrik siyasətilə milli iqtisadiyyatın post-neft dövrünə uyğunlaşdırılması məqsədilə həyata keçirilən tədbirləri artıq dövlət siyasətinin prioriteti kimi dəyərləndirib. O, bununla əlaqədar çoxlu sayda əmək tutumlu və sosial layihələrin icra olunduğunu, bu zaman kənd təsərrüfatı sahələrinin inkişafına da geniş yer verildiyini söyləyib. Taleh Qaraşov qeyd edib ki, dövlət başçısının sözügedən müşavirədəki proqram xarakterli çıxışından irəli gələn vəzifələrin icrasından ötrü cavabdeh təşkilatlar və məsul şəxslərlə yanaşı, bütün rayon ictimaiyyətinin səyləri səfərbər olunmalı, frontal iş qurulmalı, bu sahəyə aid ictimai təşəbbüslərə dərhal reaksiya verilməli, fermer və sahibkarlara lazımi köməklik göstərilməlidir. Eyni zamanda natiq gələn il rayonda artıq barama istehsalına başlanılacağını diqqətə çatdıraraq yem bazasının yaradılmasının vacibliyini önə çəkib. O, yeni əkilmiş 55 minə qədər tut tinginin qorunması, suvarılması və aqro-texniki quluğun göstərilməsi ilə bağlı məsul şəxslərə ciddi tapşırıqlar verib. İcra başçısı həm də təşkilati işlərin operativ qurulmasından ötrü baramaçıların, habelə çayçıların  assosiasiyalarının təsis olunmasının əhəmiyyətini qeyd edib və rayonun təbii şəraitinin fındıqçılığın inkişafı üçün də əlverişli olduğunu vurğulayaraq ilkin məhələdə fındıq əkini üçün 4 hektar torpaq sahəsinin hazırlanmasını və əkin üçün uyğun sortların müəyyən edilməsini tapşırıb.  

Sonra çıxış edən kənd təsərrüfatı mütəxəssisləri nüzakirə olunan məsələylə bağlı fikir və mülahizələrini bölüşüblər.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında