Tramp: ABŞ dünyanın ən güclü nüvə ölkəsi olaraq qalacaq

Başqa ölkələr nüvə silahından imtina etməyənədək, ABŞ dünyanın ən güclü nüvə ölkəsi olaraq qalacaq. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu növbəti dəfə jurnalistlərə ABŞ Prezidenti Donald Tramp deyib.

“Mən dünyanı nüvə silahından xilas etmək istərdim. Mən Rusiya, ABŞ, Çin, Pakistan və nüvə silahına malik digər ölkələrin bu silahdan imtina etməsini istərdim. Lakin, onlar bunu etməyənədək biz Yer kürəsində ən güclü nüvə ölkəsi olaraq qalacaq”,- deyə Tramp bildirib.  

Qeyd edək ki, hazırda dünyada Rusiya, ABŞ, Çin, Fransa, Böyük Britaniya, Pakistan və Hindistan nüvə silahına malikdirlər. “Nüvə klubuna” həmçinin İsrail də daxildir, lakin bu ölkənin rəsmiləri indiyədək bunu nə təsdiq nə də inkar ediblər. Şimali Koreya da nüvə silahına malik olduğunu bəyan edib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında