Ömər Çelik: Avropa qaçqınların yolunda divarlar inşa etməməlidir

Türkiyənin Avropa İttifaqı işləri üzrə naziri bu quruma üzv dövlətlərin miqrantlarla bağlı mövqeyini tənqid edib

“Avropa ölkələri qaçqınları mübarizə hədəfinə çevirməyib miqrant axınını ədalətlə nizamlamağa çalışmalıdır”. Bu sözləri Türkiyənin Avropa İttifaqı (Aİ) işləri üzrə naziri Ömər Çelik öz “Twitter” səhifəsində yazıb. Məlumatı “Anadolu” agentliyi yayıb.

Nazir qeyd edib ki, Avropa qaçqınların yolunda divarlar inşa etməməlidir. Əksinə, körpülər qurmaq lazımdır. Bu insanlıq imtahanıdır.

Türkiyəli nazir fransalı fermer Sedrik Herroy ilə bağlı hadisəni də şərh edib. Xatırladaq ki, həmin Fransa kəndlisi qaçqınlara yardım göstərdiyi üçün bu yaxınlarda həbs edilib. Ö.Çelik bundan çox təəssüfləndiyini bildirib və belə utanc doğuran hadisələrin Avropada heç də birinci dəfə baş vermədiyini bildirib.

Türkiyəli nazir Avstriyanın xarici işlər naziri Sebastyan Kursu da qaçqınların məskunlaşdığı İtaliyaya məxsus adaların birinə girişin qadağa edilməsi barədə “təşəbbüs”ünü də kəskin pisləyib. Onun sözlərinə görə, belə təkliflər nə siyasətçilərə, nə onların təmsil etdikləri ölkələrə başucalığı gətirmir.

Ö.Çelik daha sonra yazıb: “Belə təşəbbüslər bizə faşizmi xatırladır. Ölümdən qaçan insanların yolunda tikanlı məftillər çəkirlər. Sirr deyil ki, hazırda Avropanın bəzi ölkələrində məskunlaşan qaçqınlar öz həyat və məişət şəraitlərini cəhənnəmə bənzədirlər. Bunu müstəqil qurumların rəyləri də sübut edir. Diktatorların bu qəbildən olan hərəkətlərini tənqid edən “müasir dünya” bəşəriyyətə nə təklif edə bilər?! Axı, bu ölkələr insanları ağır vəziyyətə qoyurlar”.

Ö.Çelik sonda vurğulayıb ki, Avropada bir neçə ölkə var ki, qaçqınların qayğı və problemlərinə həssas yanaşırlar. Onlardan biri də Türkiyədir. Türkiyə hökuməti və xalqı tarixən ağır, çətin günə düşən insanlara həmişə əl tutmağa çalışıb. Tarixdən buna dair yüzlərlə misal çəkmək olar.

Həqiqətən, Türkiyə hazırda Avropada ərazisində ən çox qaçqın ailəsi yerləşdirən, onların problemlərinin həllinə hərtərəfli yardım edən bir ölkədir. İndi qardaş ölkənin ərazisində 3 milyona yaxın qaçqın məskunlaşıb. Onların böyük əksəriyyəti İraq və Suriyadan Türkiyəyə pənah gətirən insanlardır.

Məsaim ABDULLAYEV.
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında