Numan Kurtulmuş: 15 iyul hadisələri zamanı dəstəyinə görə Azərbaycan Prezidentinə və xalqına təşəkkür edirik

15 iyul hadisələri zamanı Azərbaycan xalqı ilk andan Türkiyəyə böyük dəstək oldu. Sözün əsl mənasında, bir millət, iki dövlət olduğumuzu hiss etdik. Bunun üçün Azərbaycan Prezidenti İlham Əliyevə və qardaş xalqımıza təşəkkür edirik.

AZƏRTAC xəbər verir ki, bu sözləri iyulun 14-də Ankarada Türkiyə Baş nazirinin müavini Numan Kurtulmuş 15 İyul – Demokratiya və Milli Birlik Günü ilə bağlı Türkiyə Nazirlər Kabinetinin Mətbuat və İnformasiya Baş İdarəsində (BYEGM) əcnəbi media nümayəndələri ilə keçirilən görüşdə deyib.

N.Kurtulmuş qeyd edib ki, son 67 ildə Türkiyədə beş çevriliş olub. Lakin 15 iyulda Türkiyə tarixi boyunca ilk dəfə xəyanət ilə üz-üzə qaldı. Bu xəyanət ən qanlı və təhlükəlisi idi.

"15 iyul hadisələri dünya demokratiyası üçün böyük təhlükə, həmçinin də şərəfli qəhrəmanlıq dastanıdır", – deyən Baş nazirin müavini qeyd edib ki, FETÖ ikiüzlü terror təşkilatıdır. Bir tərəfdən xeyriyyə təşkilatı kimi fəaliyyət göstərir, müxtəlif ölkələrdə məktəblər açır, digər tərəfdən isə din adı altında formalaşıb, təşkilatlanıb və fəaliyyət göstərir. Necə ki, İŞİD terror təşkilatı İslam adı altında müsəlmanları öldürür, FETÖ də ölkənin ordusunun silahları ilə dinc vətəndaşlarımızı şəhid edib. Əgər FETÖ istədiyinə nail olsa idi, bugünkü Türkiyə çox fərqli olacaqdı. Türkiyə Suriya və İraqın vəziyyətinə düşəcəkdi. 15 iyulda Türkiyə dostunu da, düşmənini də yaxşı tanıdı.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında