Türkiyənin Baş naziri: Media hərbi çevrilişə cəhd zamanı proseslərin istiqamətini dəyişdi

"Mətbuatın, KİV-in gücünü 15 iyul hərbi çevriliş cəhdi zamanı bir daha gördük. Media o gün, hərbi çevrilişə cəhd zamanı proseslərin istiqamətini, qədərini dəyişdi".

APA-nın Türkiyəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu dünən Türkiyənin Baş naziri Binəli Yıldırım 15 iyul hərbi  çevriliş cəhdi zamanı şəhid olmuş jurnalist Mustafa Canbazın xatirəsinə həsr olunmuş "Yerli medianın həvəsləndirilməsi müsabiqəsi" ilə bağlı keçirilən tədbirdə bildirib.

B. Yıldırım deyib ki, həmin gün Türkiyə mediası çox gözəl imtahan verib: "Mən bütün fədakar media orqanlarına, jurnalistlərə minnətdarlığımı bildirirəm. Türkiyə hökuməti keçmişdə olduğu kimi, bundan sonra da yerli mətbuatın inkişafı üçün lazımi addımlar atacaq. 15 iyul silahsız, tanksız, təyyarəsiz xalqın qazandığı bir qələbədir. Türkiyədə indiyə qədər də hərbi çevrilişlər olub. 15 iyulda ilk dəfə çevriliş etmək istəyənləri xalq çevirdi. Haqqın, xalqın gücü tanka qalib gəldi".

Türkiyənin Baş naziri nəzərə çatdırıb ki, hərbi çevriliş cəhdində iştirakla bağlı saxlanılanlar məhkəmələrdə müxtəlif oyunlar ortaya qoyurlar: "Biz səbirli olmalı, hüquqa inanmalıyıq. Sonda ədalət yerini tapacaq. Hüquq çərçivəsində hərbi çevriliş iştirakçıları cəzalarını alacaqlar".

B. Yıldırım 15 iyul hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı dünyanın müxtəlif ölkələrindən Türkiyəyə 350 jurnalist gəldiyini xatırladıb: "Xarici media mənsublarına bu gün bizimlə olduqları üçün təşəkkür edirəm. Biz bütün həqiqətləri media ilə paylaşmağa hazırıq".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında