ABŞ müdafiə naziri: Türkiyənin Rusiyadan raket sistemləri almaq qərarı ölkənin suveren hüququdur

Rəsmi Ankaranın NATO-dakı müttəfiqlərindən deyil,  Rusiyadan raket sistemləri almasına dair qərarı ölkənin suveren hüququdur.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ müdafiə naziri Ceyms Mettis bəyan edib.

“Bu, müstəqil bir qərardır. Lakin problem  “S-400” sisteminin operativ uyğunlaşdırılmasındadır. NATO və Rusiyanın raket sistemləri heç bir zaman uyğun gələ bilməz. Bunu təmin etmək sadəcə mümkün deyil”, – deyə C.Mettis qeyd edib.

Bundan əvvəl “Bloomberg” agentliyi xəbər verib ki, Türkiyə Rusiyadan “S-400” zenit-raket komplekslərini əldə etməyi qərara alıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında