“Brent” markalı neftin bir barrelinin qiyməti 49 dolları keçdi

Dünya bazarında neftin qiyməti artmaqda davam edir.

 Londonun “İCE” birjasının məlumatına görə, “Brent” markalı neftin bir barreli 49,09 dollar olub. Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin bir barreli 47,50 dollar olub. Azərbaycanın “AzeriLight” markalı neftinin bir barreli isə 50,10 dollar olub.

OPEC-in fikrincə, hasilatın azaldılması öz bəhrəsini verir. Lakin bəzi OPEC-ə üzv ölkələr – Nigeriya və Liviya hasilatı maksimal həddə qaldırdıqları üçün OPEC onlara xəbərdarlıq etmişdi.

Neftin qiymətinin qalxması neft ixrac edən dövlətlərin milli valyutasına da müsbət təsir edib. Dollara nisbətdə onlar möhkəmləniblər.

Qəzənfər  QASIMOV,
“Xalq  qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında