Əfqanıstanda məktəb binası bombardman edilib

Əfqanıstanın Gündüz əyalətində aviazərbələr nəticəsində məktəb binası bombardman edilib. “Sinxua” agentliyinin yerli hakimiyyət orqanlarına istinadən verdiyi məlumata görə, məktəb yaxınlığında yerləşən evlərdə üç  uşaq xəsarət alıb.

Gündüz əyalətinin təhsil departamentinin direktoru Canat Gül Nəsiri bildirib ki, yaralanan hər üç uşaq bombardman zamanı evdə olublar. Məktəbdə isə heç kim olmayıb. Aviazərbələr nəticəsində məktəb yaxınlığında yerləşən ondan çox mağazaya da ciddi ziyan dəyib.

Lakin rəsmi olaraq kimin aviazərbə endirdiyi açıqlanmır. Yerli hakimiyyət orqanları ABŞ başda olmaqla, koalisiya qüvvələrini günahlandırırlar. Pentaqon isə məlumat verib ki, Əfqanıstanın Gündüz əyalətində gizlənmiş İŞİD liderlərindən biri və digər terrorçular məhv edilib.

Nə Əfqanıstanın təhlükəsizlik xidməti, nə də ABŞ hərbçiləri bu hadisə ilə bağlı şərh vermirlər.

Xatırladaq ki, hazırda Əfqanıstanda 8,5 min ABŞ hərbçisi və 4,5 min NATO sülhməramlısı xidmət edir.

Qəzənfər  QASIMOV,
 “Xalq  qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında