ABŞ-ın Nümayəndələr Palatası hərbi büdcəni təsdiqləyib

Amerika Birləşmiş Ştatları (ABŞ) Konqresinin Nümayəndələr Palatası 2018-ci maliyyə ili üçün həcmi təxminən 700 milyard dollar olan hərbi büdcə layihəsini təsdiqləyib. Bu barədə “Associated Press” agentliyi “Reuters”ə istinadən məlumat yayıb.

Mənbə qeyd edir ki, bu məbləğ Ağ evin istədiyindən çoxdur. Xatırladaq ki, Birləşmiş Ştatlarda yeni maliyyə ili oktyabrın 1-də başlayır.

Məlumata görə, rəsmi Vaşinqton ölkənin hərbi ehtiyaclarına 603 milyard dollar, həmçinin xaricdə hərbi əməliyyatlar aparılmasına 65 milyard dollar istəmişdi. Yekunda konqresmenlər maliyyələşməni 696,5 milyard dollar həcmində təsdiqləyiblər.

Bu arada qeyd edək ki, 2017-ci ilin hərbi büdcəsi 619 milyard dollar təşkil edirdi.

Yeri gəlmişkən onu da deyək ki, sənədin lehinə palatanın 344, əleyhinə isə 81 üzvü səs verib. Qanun layihəsi raketdənmüdafiə xərclərinin 25 faiz artırılmasını nəzərdə tutur. Bundan başqa, layihədə hərbi qulluqçuların maaşının 2,4 faiz artırılacağı bildirilir.

Ülviyyə VAHİDQIZI,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında