“Xalq qəzeti” əməkdaşının Tvitterdəki materialı İordaniya mətbuatında

Son günlər Ermənistanın növbəti təxribatı və terroru nəticəsində Füzuli rayonunun Alxanlı kənd sakinləri --2 yaşlı Zəhra Quliyevanın və onun nənəsi Sahibə Quliyevanın qətli beynəlxalq mediada, eyni zamanda, sosial şəbəkələrdə böyük əks-səda yaratdı.

Sosial şəbəkələrdə, xüsusilə də Tvitterdə müxtəlif əcnəbi dillərdə yayımlanan informasiyalar və məlumatlar Ermənistanın cinayətkar simasını ifşa etmək və məsum  uşaqları da öldürməkdən çəkinmədiyini dünya ictimaiyyətinə çatdırmaq baxımından mühüm rol oynadı. Bu paylaşımlar Ermənistan mətbuatının uydurduğu və dünyaya yaydıqları informasiyaların həqiqətdən uzaq olduğunu sübut etdi. Bunun nəticəsidir ki, beynəlxalq qurumlar, siyasi təşkilatlarla yanaşı, əcnəbi media da  bu terror hadisəsini ictimailəşdirdi. Onlar arasında  ərəbdilli media, İordaniya mətbuatı da var. Xüsusilə, İordaniyanın  “Uruba” və “Ammonnyus” xəbər agentliklərinin saytları, “Əl-Diyar” qəzeti Füzuli rayonunun Alxanlı kəndində baş vermiş bu qanlı cinayətə geniş yer ayırıb.

İordaniya mediasında qəzetimizin əməkdaşı Əfsanə Bayramqızının admini olduğu “Voice Karabakh” səhifəsində  Zəhranın qətli ilə bağlı hazırladığı fotoşəkil də verilib. Üzərində ingilis dilində mətn olan  fotoşəkil agentliyin diqqətini çəkdiyindən onu geniş oxucu auditoriyasına yayımlamağı qərara alıb. Həmin şəkildə Ə.Bayramqızı Zəhranın ölümü ilə bağlı bütün Tvitter şəbəkə istifadəçisi olan valideynlərə üz tutaraq, onlara ingilis dilində müraciət edib:  “Körpənizin təbəssümündən xoşbəxtsinizmi? Ancaq iki yaşlı Zəhra heç vaxt valideynlərinin üzünə gülməyəcək. Çünki o, Qarabağda-- işğal olunmuş Azərbaycan torpaqlarında yerləşmiş erməni ordusunun intensiv hücumlarından biri  nəticəsində Füzuli rayonunun Alxanlı kəndində qətlə yetirilib. Digər körpələrin təhlükəsizliyi üçün bu cinayət aktına “Yox!” de”.

Qeyd edək ki, qloballaşan mediada  dünya gündəminin müəyyən edilməsi, informasiyanın operativ çatdırılmasında son illər sosial medianın, xüsusilə də ciddi informasiya axınının mövcud olduğu Tvitter şəbəkəsinin rolu danılmazdır. Məhz körpə Zəhranın qətlinin bu şəbəkə vasitəsi ilə İordaniya mətbuatında yayımlanması informasiya savaşı dövründə sosial medianın əhəmiyyətini bir daha sübut edir.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında