“ Dünya Azərbaycanın erməni terrorundan necə əziyyət çəkdiyini görməlidir”

Bu fikirləri Sahibsiz Uşaqlara Kömək İctimai Birliyinin rəhbəri Məlahət Abbasova bildirdi. O dedi:

– 20 ildən çoxdur ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və ətraf rayonlar Ermənistanın işğalı altındadır. Münaqişə nəticəsində 1 milyon vətəndaşımız məcburi köçkün həyatı yaşayır. Bu müddət ərzində beynəlxalq birliyin münaqişənin sülh yolu ilə həllini tapması tövsiyə olunsa da, hər dəfə danışıqlar masası arxasında konstruktiv həll yolu müzakirə edildikdə, erməni təxribatı və cəbhədəki gərgin vəziyyət bir daha işğalçı Ermənistanın cinayətkar əməlini dünyaya sərgiləyir.

İyulun 4-ü Füzulinin Alxanlı kənd sakini Sahibə Quliyeva və nəvəsi 2 yaşlı Zəhra Quliyevanın erməni təxribatı nəticəsində qətlə yetirilməsi işğalçı Ermənistanın bir daha iç üzünü göstərdi və qarşı tərəfin  hərbi qaydalara riayət etmədiyini, hətta mülki əhalini, uşaqları da hədəfə almaqdan çəkinmədiyini göstərdi. Təəssüf ki, müharibə və münaqişələrdə həmişə  daha çox körpələr və qadınlar əziyyət çəkirlər. Qarabağ müharibəsində, xüsusilə də Xocalıda qətlə yetirilən məsum körpələrin günahı nə idi?! İnsan hüquqlarından danışan təşkilatlar  bu qətliamları törədən  işğalçı dövlətin belə əməllərinə  niyə ikili standartlarla yanaşırlar?!

İşğalçı ölkənin bu təxribatı münaqişəni sülh yolu ilə həll etməyi tövsiyə edən beynəlxalq qurumlar üçün ciddi mesaj olmalıdır. Ermənistanın işğalçılıq siyasəti təkcə Azərbaycan üçün deyil, region üçün təhlükədir.  Beynəlxalq qurumlar, insan hüquqları təşkilatları  iki yaşlı məsum körpənin qətlinə biganə qalmamalı,  Ermənistan rəhbərliyinin bu cinayət əməlinə hüquqi qiymət verməlidir. Beynəlxalq qurumlar  insan hüquqları və beynəlxalq qanunvericilik baxımından uşaq qatili  Ermənistanın  cinayət əməlini və işğalçılıq siyasətini ciddi şəkildə tənqid edən  sənədlər qəbul etməlidir ki, dünya Azərbaycanın terror və münaqişədən əziyyət çəkdiyini bir daha  görsün. Azərbaycanın haqq səsini beynəlxalq ictimaiyyətə çatdırmaq  biz vətəndaş cəmiyyəti  nümayəndələrinin  əsas vəzifələrindəndir. Digər günahsız insanların, körpələrin  qətlə yetirilməməsi üçün beynəlxalq ictimaiyyət bu məsələyə diqqəti artırmalı, işğalçı Ermənistanı cinayət əməllərinə görə cəzalandırmalıdır.

Təqdim etdi: 
Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında