Avropa Parlamentinin qətnaməsi uydurma yalanlar əsasında hazırlanıb

Avropa Parlamentinin Əfqan Muxtarlının işi üzrə qətnaməsinin qərəzli xarakter daşıması ilk baxışdan açıq-aydın görünür. Bu sənəd yoxlanılıb təsdiqlənməyən məlumatlar, uydurma yalanlar əsasında hazırlanıb. Çünki yaxşı bilirəm ki, əvvəla Azərbaycanda söz azadlığı üçün hər cür şərait var və haqlı tənqidi fikir səsləndirməyə görə indiyədək heç kim mühakimə olunmayıb. Digər tərəfdən də Əfqan Muxtarlı imzası ilə indiyədək elə bir ciddi yazıya rast gəlməmişəm. Deməli, Avropada fəaliyyət göstərən antiazərbaycan qüvvələri, xüsusən də erməni lobbisi adi bir kriminal olaya siyasi rəng qatmağa cəhd göstəriblər.

Fikrimcə, Azərbaycanın əldə etdiyi uğurlar bəzi dairələri ciddi narahat edir, onların yuxularını, necə deyərlər, ərşə çəkir. Əgər belə olmasaydı, onlar Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının inkişafına əngəl törətməyə cəhd etməzdilər.

Azərbaycanı istəməyən, hər vəchlə ona böhtan atmağa maraqlı qüvvələr başa düşməlidirlər ki, ölkəmiz hüquqi dövlətdir və beynəlxalq qurumlarla səmərəli əməkdaşlıqda maraqlıdır. Respublikamız bunu sözdə deyil, əməldə də daim göstərir. Azərbaycana qarşı hər hansı bir qərəzli hərəkət, bədxah addım isə ikitərəfli münasibətlərin pozulmasına, əlaqələrin zəifləməsinə təsir göstərir. Ona görə də Avropa Parlamenti Azərbaycanla əməkdaşlığa daha konstruktiv şəkildə yanaşmalı, bədxah qüvvələrin məkrli niyyətlərinin gerçəkləşməsinə imkan verməməlidir. Əks halda isə düşmən qüvvələrin xoşagəlməz hərəkətləri Avropa İttifaqı-Azərbaycan əlaqələrinə xələl gətirə bilər.

Simuzər  ƏLİYEVA,
filologiya üzrə
fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında