Sabirabadda ulu öndərə böyük ehtiramla

Sabirabadlılar 24 il əvvəl respublikamızda cərəyan etmiş hadisələri yaxşı xatırlayırlar. Naşı, səriştəsiz, xəyanətkar rəhbərlər Azərbaycanı vətəndaş müharibəsi, parçalanmaq, dağılmaq həddinə gətirib çıxarmışdılar. Bütün sahələrdə ağır böhran hökm sürürdü. İnsanların gələcəyə inamı tükənmişdi.

Belə ağır, taleyüklü məqamda müdrik rəhbər – ümummilli lider Heydər Əliyev xalqın təkidli xahişi ilə hakimiyyətə gəldi, ölkəmizi bəlalardan, faciələrdən qurtardı, müstəqilliyimizi qoruyub möhkəmləndirdi. Bizə müstəqil, suveren, demokratik Azərbaycan ərməğan etdi.

Milli Qurtuluş Günü ilə başlanan bu tarixi xatırlamaq ulu öndərin xatirəsinə dərin hörmət və ehtiramlarını bildirmək üçün Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar, ziyalılar, ictimaiyyətin nümayəndələri Heydər Əliyev meydanına toplaşmışdılar. Dahi rəhbərin abidəsi önünə gül-çiçək dəstələri düzüb onun parlaq xatirəsini ehtiramla yad etdilər.

Heydər Əliyev Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş geniş tədbir dövlət himninin səsləndirilməsi ilə başladı. Rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov məruzə ilə çıxış edərək bu günün tarixi əhəmiyyətindən, 1993-cü ilin iyunun 15-də ulu öndərin xalqın təkidilə hakimiyyətə qayıdışından, müstəqilliyimizin qorunub möhkəmləndirilməsi və ölkəmizin dinamik inkişafı istiqamətində gördüyü işlərdən, ulu öndərimizin misilsiz xidmətlərindən ətraflı söhbət açdı. Ümummilli liderin siyasi kursunun ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini vurğulayan N.İsmayılov bu siyasətin Sabirabad rayonunda da gözəl bəhrələr verdiyini, rayonun şəhər və kəndlərində abadlıq-quruculuq işlərinin geniş vüsət aldığını bildirdi.

Rayon təhsil şöbəsinin müdiri Pəhlivan Qarayev, Sosial-İqtisad kollecinin tələbəsi Saray Əliyeva ulu öndərin keçdiyi şərəfli həyat yolundan danışdılar və bayram münasibətilə tədbir iştirakçılarını təbrik etdilər.

Sonra məktəblilər arasında Milli Qurtuluş Gününə həsr olunmuş inşa müsabiqəsinin qalibləri mükafatlandırıldı.

 Heydər Əliyev Parkında böyük bayram konserti oldu. Respublikanın tanınmış müğənniləri Vətənə, müstəqilliyimizə, ulu öndərə həsr olunmuş mahnılar ifa etdilər.

Sonda keçirilən atəşfəşanlıq tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

Səməd  HÜSEYNOĞLU,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında