“Azərsu” ASC Zərdabda suvarma layihəsinin icrasını yekunlaşdırıb

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyevin əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması barədə tapşırıqlarına əsasən, “Azərsu” ASC tərəfindən həyata keçirilən ilk layihənin icrası uğurla yekunlaşdırılıb. Zərdab rayonunda 10 min hektar ərazinin suvarma təminatının yaxşılaşdırılmasını nəzərdə tutan layihə yeni torpaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsinə imkan yaradacaq.

Yeni suvarma infrastrukturunun istismara verilməsi mərasimində Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev ölkə rəhbərliyinin aqrar sektora böyük diqqət və qayğısından danışaraq bildirib ki, bu layihə əkin sahələrinin dövriyyəyə cəlb edilməsi məqsədilə reallaşdırılan ilk suvarma layihəsidir. Yeni layihənin icrası nəticəsində minlərlə hektar torpaq sahəsində müxtəlif kənd təsərrüfatı məhsulları yetişdiriləcək. 

“Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyevin ərzaq təhlükəsizliyinin və ixrac potensialının artırılmasının təmin edilməsi ilə bağlı tapşırıqlar verdiyini diqqətə çatdırıb. Həmin tapşırıqlardan irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə fevral ayında Zərdab rayonunda ilk suvarma layihəsinin icrasına başlanıldığını diqqətə çatdıran E. Məmmədov bildirib ki, əkin sahələrinə suyun Kür çayından verilməsi layihələndirilib, bu məqsədlə çayın sahilində məhsuldarlığı saniyədə 3 kubmetr olan sugötürücü qurğu, nasos stansiyası, diametri 1400 millimetr olan 15 kilometr uzunluğunda kəmər inşa edilib. Qeyd olunub ki, qurğuları elektrik enerjisi ilə təmin etmək üçün 4 meqavatlıq  transformator və paylayıcı qurğu tikilib, Zərdab 35/10 kilovoltluq yarımstansiyasından 6 kilometr elektrik xətti çəkilib, 81 ədəd dayaq quraşdırılıb. Layihənin qısa müddətdə yekunlaşdırılması məqsədilə tikinti-quraşdırma işlərinin bir neçə nöqtədə paralel aparılması nəticəsində işləri iyun ayının əvvəlində yekunlaşdırmaq mümkün olub.

Tədbirdə çıxış edən rayon sakinləri və fermerlər torpaq sahələrinin suvarma təminatının yaxşılaşdırılması layihəsinin icrasına göstərilən diqqət və qayğıya  görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. 

Yeri gəlmişkən, Prezident İlham Əliyevin tapşırığına əsasən, “Azərsu” ASC tərəfindən icra olunan ikinci suvarma layihəsi  Hacıqabul və Şamaxı rayonlarında həyata keçirilir.  Padarçöl adlanan ərazidə 10 min hektar sahənin suvarılması Hacıqabul rayonunun Talış kəndi yaxınlığındakı Kür sutəmizləyici qurğularının imkanlarından istifadə edilməklə həyata keçiriləcək. Bu məqsədlə təmizləyici qurğudan Padarçöl ərazisinə 27 kilometr uzunluğunda magistral kəmər çəkiləcək. Artıq kəmərin 9 kilometrlik hissəsi inşa edilib.

Mirbağır YAQUBZADƏ, 
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında