Varşavada Mərkəzi və Şərqi Avropa dövlətlərinin parlament rəhbərlərinin sammiti keçirilir

Polşanın paytaxtı Varşava şəhərində Mərkəzi və Şərqi Avropa dövlətlərinin parlament rəhbərlərinin sammiti işə başlayıb. Sammitdə 20-dən çox dövlətin nümayəndələri iştirak edirlər.

Tədbirdə Azərbaycan Milli Məclisini parlament sədrinin birinci müavini Ziyafət Əsgərov təmsil edir. Ziyafət Əsgərov sammitdə müzakirə olunan mövzularla bağlı çıxış edəcək.

Polşa Senatının sədri Stanislav Karçevski deyib ki, sammitin əsas məqsədi region çərçivəsində daha sıx əməkdaşlığın qurulmasıdır. “Biz parlamentlər səviyyəsində gələcək xarici siyasətə dair münasibətimizi müzakirə etməyi planlaşdırırıq. Bu, biz parlament rəhbərləri üçün böyük əhəmiyyət daşıyır”, – deyə o qeyd edib.

Sammit iştirakçıları, həmçinin regionun təhlükəsizlik məsələləri və Şimal-Cənub xəttində infrastruktur sahəsində əməkdaşlıqla bağlı müzakirələr aparacaqlar.

Sammitin keçirilməsi təşəbbüs-karları və təşkilatçıları Polşa Seymi və Senatının sədrləridir.

Nigar CƏFƏRLİ,
AZƏRTAC-ın xüsusi müxbiri

Varşava

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında