Azərbaycan FHN ilə Niderlandın müvafiq qurumları arasında əməkdaşlığın inkişafı üçün geniş perspektivlər var

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov mayın 18-də Niderland Krallığı Senatının sabiq sədri, Azərbaycanın Niderlandlı Dostları Qrupunun rəhbəri Rene Van der Lindenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir Kəmaləddin Heydərov ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, həmçinin su ehtiyatlarının idarə olunması sahəsində görülən işlər barədə ətraflı məlumat verib, Niderland Krallığının müvafiq strukturları ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb. 2014-cü ilin noyabrında imzalanmış “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Niderland Krallığının İnfrastruktur və Ətraf  Mühit Nazirliyi arasında su ehtiyatlarının idarə olunması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” qarşılıqlı faydalı əməkdaşlığın inkişafında mühüm addım olub. Hazırda su ehtiyatlarının səmərəli idarə olunması üzrə bir çox işlər başa çatıb, birgə layihə çərçivəsində səylər davam etdirilir.

Rene Van der Linden görüşə görə minnətdarlığını bildirərək qeyd edib ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə Niderlandın müvafiq qurumları arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün geniş perspektivlər mövcuddur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında