Rusiyalı alim: Rusiya-Azərbaycan əlaqələrinin inkişafında böyük rolu olan ÜAK-ın ləğvi təəssüf doğurur

Təşkilatın ləğv edilməsi ən son qərardır. Rusiyanın “İctimai təşkilatlar haqqında” Qanununda təşkilatların ləğvi ilə yanaşı, onlara xəbərdarlıq edilməsi, yaxud onların fəaliyyətinin müəyyən müddətə dayandırılması barədə müddəalar da var.

Bu sözləri AZƏRTAC-ın müxbiri ilə söhbətində Həştərxan Dövlət Universitetinin dosenti, siyasi elmlər namizədi Kseniya Tyurenkova Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğvi məsələsini şərh edərkən söyləyib.

ÜAK-ın bağlanması xəbərini təəssüflə qarşıladığını bildirən rusiyalı alim deyib: “Çox təəssüf edirəm ki, ÜAK və onun Rusiya regionlarındakı bölmələri ləğv edilib. Uzun illərdir təşkilat Rusiya-Azərbaycan münasibətlərinin inkişafında, o cümlədən Rusiya subyektləri ilə  ölkəniz arasında əlaqələrin yaradılmasında böyük rol oynayırdı. Formal olaraq, təşkilatın ləğvi “İctimai birliklər haqqında” və “Qeyri-kommersiya təşkilatları haqqında” Federal qanunlarının pozulması üzündən baş verib. Bir daha qeyd edirəm ki, təşkilatın ləğv olunması qəbul ediləcək ən son qərardır”.

Fəridə Abdullayeva,
AZƏRTAC-ın xüsusi müxbiri

Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında