Nəsimi rayonunda məşğulluq mövzusunda “dəyirmi masa”

Nəsimi  rayonunda 28 yerli və xarici qurum nümayəndəsinin iştirakı ilə  “Sosial məsuliyyətin bölgüsü çərçivəsində həyata keçirilən tədbirlərdə işəgötürənlərin iştirakı” mövzusunda “dəyirmi masa” keçirilmişdir.

Toplantını giriş sozü ilə açan Nəsimi Rayon Məşğuluq Mərkəzinin direktoru Emin Mahmudov  bildirmişdir ki, üçüncü regional inkişaf dövlət proqramının icrasının ikinci ildönümünə həsr olunmuş iclasda Prezident İlham Əliyevin verdiyi tapşırığa müvafiq olaraq, məşğulluq sahəsində dövlət şirkətləri ilə birgə səmərəli fəaliyyət qurulmuşdur. O, sosial məsuliyyətin bölgüsü çərçivəsində Dövlət Məşğulluq Xidməti orqanlarının göndərişləri əsasında işaxtaranların dövlət müəssisə və təşkilatlarındakı boş yerlərə qəbul edilməsi gedişi barədə məlumat verərək qeyd etmişdir ki, bir sıra qurumlar bu tapşırığın icrasında fəal iştirak etmişdir. Nəsimi  Rayon Məşğulluq Mərkəzinin göndərişləri əsasında xeyli vətəndaş qısa müddətdə  münasib işlə təmin edilmişdir.

Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Anar Tağıyev bildirmişdir ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın məcburi köçkünlərin məşğulluq səviyyəsinin artırılması istiqamətində verdiyi tapşırıqların icrası ilə bağlı Nəsimi RİH-in təşəbbüsü ilə rayonun ən böyük istehsal müəssisələrindən olan “Bakı Tikiş Evi” SC-də yeni iş yerlərinin açılması istiqamətində müəyyən işlər görülmüşdür. Artıq burada 150-yə yaxın məcburi köçkün işlə təmin olunmuşdur. Gələcəkdə də rayonun müəssisə və təşkilatlarında yeni iş yerlərinin açılması ilə bağlı fəaliyyət davam etdiriləcəkdir. İşaxtaran və işsiz vətəndaşların müdafiəsində sosial tərəfdaşların xüsusi önəm təşkil etdiyini nəzərə alaraq, Nəsimi RİH-in Əlaqəndirmə Şurasının və idarə, müəssisə, təşkilat  nümayəndələrinin iştirakı ilə rayon məşğulluq mərkəzi mütəmadi “dəyirmi masa”lar keçirir.

Dövlət Məşğulluq Xidmətinin şöbə müdiri İsa Həsənov demişdir ki, belə bir müzakirənin keçirilməsində məqsəd rayonda yaşayan əhalinin və məcburi köçkünlərin məşğulluq səviyyəsinin yüksəldilməsi, əmək bazarı ilə işçi qüvvəsi arasında əlaqələrin genişləndirilməsidir. Əhalinin səmərəli məşğulluğunun təmin edilməsində Nəsimi rayonu ərazisində fəaliyyət göstərən idarə və müəssisə rəhbərlərinin, sahibkarların  üzərinə böyük vətəndaşlıq məsuliyyəti düşür.

İşgüzar müzakirələrdən sonra məşğulluq sahəsində sosial məsuliyyətin bölgüsü çərçivəsində dövlət şirkətləri ilə birgə fəaliyyətin davam etdirilməsi barədə iştirakçılara müvafiq tapşırıqlar verilmişdir. Müəssisə və  təşkilatlarda mövcud peşə və ixtisaslar üzrə boş iş yerləri barədə məlumatların qısa müddətdə rayon məşğulluq mərkəzinə təqdim edilməsinin zəruriliyi də qeyd edilmişdir.

R.TAHİR,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında