Laçınlılar doğma yurda qayıdacaqlarına əmindirlər

Laçınlıların yığcam məskunlaşdıqları Ağcabədi rayonu ərazisindəki  Taxtakörpü qəsəbəsində Ermənistan silahlı qüvvələrinin rayonu işğal etməsinin 25-ci ildönümü ilə bağlı ümumrayon anım mərasimi keçirilmişdir.

Rayonun icra srukturlarını, idarə, müəssisə və təşkilatlarını, ərazidə yaşayan sakinləri əhatə edən 2500 nəfərdən çox izdiham qəsəbədə yaradılmış  Şəhidlər kompleksinə gələrək, ərazilərimizin bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsini dərin ehtiramıla yad etmişdir.  Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, Milli Məclisin deputatları Aqil Abbas  və Mahir Abbaszadə, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, veteranlar  şəhidlər abidəsinin önünə əklil qoymuş, gül dəstələri düzmüşlər. Sonra iştirakçılar Laçının işğaldan əvvəllki dövrünü, məcburi köçkünlərə  dövlət qayğısını və son illərin sosial-iqtisadi uğurlarını əks etdirən foto-stendə baxmışlar.

Laçın Rayon İcra Hakimiyyətinin təşkil etdiyi kütləvi anım mərasimində  bildirilmişdir ki, 25 il əvvəl erməni silahlı qüvvələrinin Laçını ələ keçirməsi  nəticəsində bir şəhər, bir qəsəbə, 125 kənd talan edilərək yandırılmışdır. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi, mədəni və dini abidə erməni vandalizminə məruz qalmışdır. 13745 yaşayış evi, 48 sənaye, 63 kənd təsərrüfatı, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə, 462 ticarət, 96 məişət, 1 avtonəqliyyat, 30 rabitə obyekti və digər müəssisələr məhv edilmiş, əhalinin 25 min baş iri, 200 min başdan çox xırda heyvanı  və minlərlə arı ailəsi ələ keçirilmişdir. Ümumiyyətlə, bu işğal nəticəsində o zamankı qiymətlərlə rayona 7,1 milyard ABŞ dolları ziyan vurulmuşdur. Ata-baba yurdlarını müdafiə edən laçınlıların 300 nəfərdən çoxu şəhid olmuş, 5 nəfəri isə Milli Qəhrəman adına layiq görülmüşdür.

Tədbir iştirakçıları erməni faşizminin xalqımıza qarşı törətdiyi bu faciə və fəlakətlərin insanlığa sığmayan vəhşilik olduğunu qeyd etmiş, bütün bunları törədənlərin qanlı əməllərinə kəskin nifrətlərini bildirmişlər. Onlar hədsiz məhrumiyyətlərə məruz qalsalar da, ata-baba yurdlarını bir an belə unutmadıqlarını, daim nikbin olduqlarını, ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Prezident, Ali Baş Komandan İlham Əliyevin apardığı müdrik və uzaqgörən siyasət nəticəsində tezliklə torpaqlarımızın yağıdan azad ediləcəyinə əminliklərini bildirmişlər.

Ziyəddin SULTANOV,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında