Yens Stoltenberq: NATO Suriyada hərbi əməliyyatları istisna edir

Şimali Atlantika alyansı Suriyada hərbi əməliyyatlar keçirilməsini tamamilə istisna edir. Belə bir bəyanatla NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə Avropa İttifaqı Şurasının müdafiə məsələlərinə həsr olunmuş iclasından əvvəl çıxış edib. Məlumatı TASS verib.

“Bilmək çox vacibdir ki, NATO heç bir hərbi əməliyyatda iştirak etmir və bununla bağlı heç bir müraciət almamışıq”, - deyə Stoltenberq jurnalistlərin suallarına cavab verərkən qeyd edib.

Bununla yanaşı, baş katib bildirib ki, təmsil etdiyi təşkilat Suriya və İraqda İŞİD-ə qarşı mübarizə aparan antiterror koalisiyasını dəstəkləməkdə davam edir. “Bizim formal şəkildə koalisiyaya qoşulub-qoşulmamağımızdan asılı olmayaraq NATO koalisiyanı dəstəkləməlidir”.

Hazırda alyans koalisiyanı müvafiq kəşfiyyat məlumatları ilə təchiz edir, ona uzaq məsafədəki obyektləri görmək üçün AWACS radiolokasiya təyyarələri verir və İraqın təhlükəsizlik qüvvələrinə təlim keçir.

Rusiya Federasiya Şurası beynəlxalq məsələlər komitəsinin sədri Konstantin Kosaçev isə ABŞ konqresmenlərinin prezidentin üzərinə Bəşər Əsəd rejimini dəstəkləyənlərə qarşı sanksiyalar tətbiq etmək öhdəliyi qoymasına cavab olaraq bildirib ki, bu, Suriyada vəziyyəti daha da gərginləşdirir. Onun fikrincə, konqresmenlər kütləvi informasiya vasitələrinin girovuna çevriliblər və hesab edirlər ki, Əsəd rejimi ilə mübarizə ümumilikdə terrorizmlə mübarizədən daha vacibdir. “Hər kəs səhv edə bilər, ancaq indi Amerika konqresmenləri vəziyyəti davamlı şəkildə gərginləşdirirlər. Onlar bir-birinin ardınca elə addımlar atırlar ki, Suriyadakı problemlərin həllindən daha da uzaqlaşırlar, mətbuatın isterikasına uyurlar və onun girovuna çevrilirlər”.

Suriyanın daxilində isə İŞİD terror qruplaşmasına qarşı mübarizə davam edir. Dünən terrorçuların Həma əyalətinin Salamiyyə şəhərini raket atəşinə tutduğu barədə məlumatlar yayılıb. Nəticədə iki nəfərin yaralandığı bildirilir. Ekstremistlər şəhərin yaşayış məhəllələrini hədəfə almaqdan da çəkinməyiblər. Atəşlər bir neçə evin dağılmasına səbəb olub.

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında