Maltanın Baş naziri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrini qəbul edib

Maltanın Baş naziri, eyni zamanda, 2017-ci il yanvarın 1-dən Avropa İttifaqı Şurasına sədrlik edən Cozef Muskat Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) həmsədri, Latviyanın eks-prezidenti Vayra Vike-Frayberqanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən aldığımız məlumatda deyilir ki, görüşdə martın 16-17-də keçirilmiş V Qlobal Bakı Forumu ilə bağlı geniş müzakirələr aparılıb. Forumun əhəmiyyəti vurğulanaraq qeyd olunub ki, iştirakçılar arasında nüfuzlu şəxslərin sayı ildən-ilə artır və tədbirin gündəliyini daha maraqlı mövzular təşkil edir. Bu isə bütün dünyanı narahat edən qlobal məsələlərin müzakirəsi və səmərəli dialoq üçün geniş imkanlar açır.

Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti yüksək qiymətləndirilərək təşkilatla Malta hökuməti arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Bu əməkdaşlıq çərçivəsində 2018-ci ilin may ayında Malta Baş nazirinin himayəsi altında NGBM-in xüsusi toplantısının keçirilməsinə dair razılıq əldə olunub. Söhbət zamanı Malta hökumətinin Azərbaycanla, eləcə də NGBM ilə münasibətlərin inkişafına önəm verməsi ifadə olunub.  2015-ci ildə keçirilən III Qlobal Bakı Forumunun iştirakçısı olmuş Cozef Muskatla növbəti foruma  hazırlıq məsələləri də geniş müzakirə olunub.

Qeyd edək ki, Malta 2017-ci il yanvar ayının 1-dən Avropa İttifaqı (Aİ) Şurasına sədrliyi Slovakiyadan qəbul edib. Malta sədrliyinin əsas prioritetləri kimi Avropada qaçqın problemi ilə bağlı Aİ üzvü olan dövlətlər arasında əməkdaşlıq münasibətlərinin yaxşılaşdırılması, vahid Avropa bazarının yaradılması kimi aktual problemlərə xüsusi diqqət yetirir. İyul ayında Malta Aİ-də sədrliyi Estoniyaya verəcək.

Samirə ƏLİYEVA,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında