Şəmkirdə uğurlu layihələr həyata keçirilir

Şəmkirdə 2017-ci ilin birinci rübündə iqtisadiyyatın əsasını təşkil edən kənd təsərrüfatı, sənaye, tikinti, eləcə də nəqliyyat, rabitə, ticarət və xidmət sahələrində müsbət nəticələr  əldə olunmuşdur.

İqtisadiyyatın əsas sahələrində məhsul buraxılışının həcmi 428 milyon 117 min manat, adambaşına düşən məhsul isə 2008 manat olmuşdur. Bu dövrdə sənaye sahələrində 14 milyon 745 min manatlıq, kənd təsərrüfatında 256 milyon 610 min manatlıq, tikinti sahəsində 68 milyon 077 min manatlıq, nəqliyyat və rabitə sahələri üzrə 7 milyon 118 min manatlıq, ticarət sahələri üzrə 82 milyon 567 min manatlıq məhsul buraxılmış, xidmətlər göstərilmişdir. Ümumi məhsulun 14,3 faizi dövlət sektorunun, qalan 85,7 faizi isə özəl sektorun payına düşmüşdür.

Sənaye müəssisələri 8 milyon 118 min manat xidmətlər göstərmişdir ki, bu da ötən illə müqayisədə 26,8 faiz çoxdur. Cari ilin ilk 3 ayı ərzində rayon üzrə ticarətdə əmtəə dövriyyəsinin həcmi 8,8 faiz, adambaşına düşən ticarət xidmətinin həcmi 13,7 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 7,8 faiz artmışdır.

Rayon iqtisadiyyatında məşğul əhalinin sayı 97 min 805 nəfər təşkil edir. Cari ilin 3 ayı ərzində Şəmkir rayonu üzrə 3087 yeni iş yeri açılmışdır ki, onun da 557-si daimi, 2 min 530-u müvəqqəti iş yerləri olmuşdur. Əhalinin həyat səviyyəsinin yüksəldilməsini səciyyələndirən orta aylıq nominal əmək haqqı 312 manat təşkil etmiş və ötən illə müqayisədə 1,3 faiz artmışdır.

Azərbaycan Respublikası Prezidentinin kənd təsərrüfatı istehsalçılarına dövlət dəstəyi haqqında müvafiq sərəncamına uyğun olaraq, 2007–2016-cı illər ərzində rayon üzrə fermerlərə və istehsalçılara yanacaq və mühərrik yağlarına, həmçinin satılan gübrəyə görə verilən subsidyanın həcmi 15 milyon 512 min 266 manatdır.

2014-cü ilin son rübündən başlayaraq,  rayon icra hakimiyyəti başçısının təşəbbüsü ilə kənd təsərrüfatı məhsullarının istehsalını, tədarükünü, emalını  və satışını təmin etmək üçün respublikamızda ilk dəfə olaraq Şəmkir rayonunda fəaliyyət göstərən 42 bələdiyyənin nəzdində 45 məhdud məsuliyyətli cəmiyyət təsis edilmiş, bir sıra sosial layihələrin, o cümlədən kənd təsərrüfatı üzrə pilot layihələrin icrasına başlanmışdır. “Ceyrançöl”, “Maral 15”, “Qaracəmirli”, “Morul”, “Abad Şəmkir”, “Çinarlı”  məhdud məsuliyyətli cəmiyyətlər uğurlu fəaliyyətləri ilə kənd təsərrüfatı, tikinti və bir çox sahələrin inkişafına öz töhfələrini verməkdədirlər.

Bütün bunlar barədə Şəmkir rayonunda 2017-ci ilin üç ayının sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaqda geniş söhbət açılmışdır. Heydər Əliyev Mərkəzində keçirilən müzakirədə idarə, müəssisə və təşkilat rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, sahibkarlar, qeyri-hökumət  təşkilatlarının nümayəndələri iştirak etmişlər.

İclası giriş sözü  ilə açan Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlardan bəhs etmiş, rayonda son illərdə aparılmış abadlıq-quruculuq işləri və layihələr barədə məlumat vermişdir.

Daha sonra rayon icra hakimiyyəti sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Elmir Hüseynov 2017-ci ilin üç ayında rayonda görülmüş işlər haqqında məruzə ilə çıxış etmişdir.

Rayon kənd təsərrüfatı idarəsinin rəisi Kamil Yusibov son üç ayda kənd təsərrüfatı sahəsində əldə edilmiş uğurlardan və qarşıda duran prioritet vəzifələrdən danışmışdır.

Şəmkir Aqroparkın rəhbəri Qüdrət Seyfullayev Şəmkir Aqroparkda görülmüş işlər barədə geniş məlumat verərək, birinci fazada aparılan tikintinin yaxın zamanlarda başa çatacağını bildirmişdir. Tədbir iştirakçılarının suallarını cavablandıran Q. Seyfullayev sahibkarları Şəmkir Aqroparkla yaxından  əməkdaşlıq etməyə çağırmışdır.

Şəmkir Rayon Vətəndaşların Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsinin müdiri Ruziyyə Allahverdiyeva 2017-ci ilin 3 ayı ərzində vətəndaşlara göstərilmiş xidmətin vəziyyətini şərh etmişdir.

Dövlət qulluğunda uzun illər səmərəli fəaliyyətinə görə Şəmkir Rayon İcra Hakimiyyəti ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri işləmiş Abdulla Sadıqov Fəxri fərmanla təltif olunmuşdur.

Hamlet Qasımov,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında