Abşeron: İxracyönümlü məhsul istehsalına diqqət artır

 Abşeron rayonunda 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

Yığıncağı giriş sözü ilə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova açaraq ilin ilk aylarında görülmüş işlər və qazanılmış sosial-iqtisadi uğurlar haqqında məlumat verib. RİH başçısının müavini İlham Quliyev geniş məruzə ilə çıxış edərək bildirib ki, aprelin 10-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. Dövlət başçısı giriş nitqində 2017-ci ilin birinci rübündə ölkəmizin uğurla inkişaf etdiyini, bütün proqnozların həyata keçdiyini bildirmişdir.

Abşeron RİH də öz işlərini prezidentin çıxışından irəli gələn vəzifələr üzərində qurmuş, abadlıq-quruculuq, əhalinin elektrik enerjisi, içməli su, təbii qazla təchizatı, yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər davam etdirilmişdir. 2017-ci ilin ötən dövrü ərzində rayonun daxili imkanları hesabına Xırdalan şəhərinin Şəhriyar, Digah qəsəbəsinin Xətai, Saray qəsəbəsinin Hacıbaba Səmədov və Azadlıq, Ceyranbatan qəsəbəsinin Həsən bəy Zərdabi və Təbrik, Aşağı Güzdək qəsəbəsinin Həzi Cavadov, Məmmədli kəndinin Nəsrəddin Tusi, Molla Pənah Vaqif küçələrində abadlaşdırma işləri görülmüş, Mehdiabad qəsəbəsində park yenidən qurularaq istifadəyə verilmişdir. Məmmədli kəndində Böyük Vətən müharibəsi iştirakçılarının xatirəsinə salınmış parkın yenidən qurulması işlərinə başlanılmışdır. Xırdalan şəhərinin Qalubiyyə küçəsində baxımsız qalmış ərazi abadlaşdırılaraq park salınmışdır. Yol infrastrukturunun bərpası və inkişaf etdirilməsi məqsədilə rayonun yaşayış məntəqələrində daxili yollara 9532 kubmetr çınqıl tökülərək yayılmış, 17 min kvadratmetr sahə asfaltlanmışdır. Mehdiabad–Digah-Məmmədli avtomobil yolunun yenidən qurulması işlərinə başlanılmışdır. Eyni zamanda, hazırda “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Mehdiabad–Novxanı və Lökbatan–Qobu yollarının əsaslı yenidən qurulması, Bakı–Quba və Bakı–Şamaxı magistral avtomobil yollarının Abşeron rayonundan keçən hissəsində 5 yerdə yerüstü keçidin inşası işləri həyata keçirilir.

Hesabat dövründə rayonda sahibkarlığın inkişafı, əhalinin maddi rifahının yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi, sosial problemlərinin həlli məsələləri rayon icra hakimiyyəti başçısı aparatının daim diqqət mərkəzində saxlanılmışdır. Əhalinin ödənişli ictimai-faydalı əmək fəaliyyətinə cəlb edilməsi üçün tədbirlər görülərək 336 nəfər işlə təmin olunmuşdur. 2017-ci ilin ötən müddəti ərzində vergi orqanlarında 48 hüquqi, 1130 fiziki şəxs vergi ödəyicisi kimi qeydiyyata alınaraq fəaliyyətə başlamış, sahibkarlıq fəaliyyəti üçün yaradılmış əlverişli şəraitin nəticəsi olaraq, 3 ay ərzində 2017 yeni iş yaradılmışdır. Sahibkarlığa Kömək Milli Fondu rayonda fəaliyyət göstərən sahibkarlara 4 investisiya layihəsi üçün 930 min manat güzəştli kredit vermişdir ki, bu layihələr üzrə 33 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Rayon sahibkarları ixracyönümlü məhsul istehsalına diqqəti də artırmış, 33 şirkətdə istehsal olunan 301 adda məhsulun xarici bazarlara çıxarılması üçün artıq “Azexport.az” saytında müvafiq məlumatlar yerləşdirilmişdir. Cari ilin birinci rübündə rayonda sənaye məhsulunun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 67,7 faiz artaraq, 36,5 milyon manata çatmışdır. Sənaye müəssisələrində işləyənlərin sayı 6200 nəfər olmuş, işçilərin orta aylıq əmək haqqı 351 manat təşkil etmişdir.

2017-ci ildə heyvandarlıq və bitkiçilik məhsulları istehsalının həcmi xeyli artmışdır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz çox olmaqla 411 hektar sahədə tərəvəz əkilmişdir. Rayonun qəsəbə və kəndlərində əhali və fermer təsərrüfatlarında qaramalın sayı 21895 başa, davarın sayı 109737 başa, quşların sayı isə 1 165 740 başa çatmışdır. Hesabat dövrü ərzində 604 ton ət, 7077 ton süd istehsal olunmuş, yumurta istehsalı isə 9,3 milyon ədəd artaraq 53,3 milyon ədədə çatmışdır. Rayon Baytarlıq Nəzarəti İdarəsi heyvan və quşların sağlamlığına qayğını artırmışdır. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq kənd təsərrüfatı torpaqlarında zeytun və badam bağlarının genişləndiriməsi istiqamətində işlərə başlanılmışdır. Hazırda Aşağı Güzdək ərazisində 330 hektar sahədə zeytun əkilməsi ilə bağlı işlər sürətlə davam etdirilir. Artıq 16,8 min ədəd zeytun tingi əkilmişdir. Salınmış yeni zeytun bağının suvarılması üçün şəbəkə qurulması işləri də paralel olaraq aparılır. Keçmiş 3 saylı zeytun sovxozunun ərazisində yeni badam bağlarının salınması məqsədilə 200 hektar sahədə işlər həyata keçirilir. 2017-ci ilin 3 ayı ərzində rayonda tikinti işlərinin həcmi 27,5 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 54,5 faiz çoxdur.

Rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin normal fəaliyyəti üçün lazımi şəraitin yaradılması, infrastrukturun müasirləşdirilməsi istiqamətində işlər davam etdirilmişdir. Əhaliyə səhiyyə xidmətinin yaxşılaşdırılması istiqamətində də tədbirlər həyata keçirilmişdir.

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin
 bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında