Xətai rayonunda inkişaf davam edir

 Xətai Rayon İcra Hakimiyyətinin geniş iclas zalında 2017-ci ilin birinci rübündə rayonda sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrlə əlaqədar hesabat yığıncağı keçirildi.

Rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbər işçilərinin iştirakı ilə keçən yığıncaqda geniş məruzə ilə çıxış edən icra hakimiyyətinin başçısı Razim Məmmədov bildirdi ki, Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, milli mənafeyə və sosial rifaha xidmət edən strateji inkişaf xətti 2017-ci ilin birinci rübündə də davam edərək, siyasi və sosial- iqtisadi sahələrdə bir çox uğurların əldə olunmasına şərait yaratmışdır.

R.Məmmədov vurğuladı ki, Nazirlər Kabinetinin bu il aprelin10-da keçirilən geniş iclasında Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “birinci rübün nəticələri Azərbaycanın bütün sahələrdə çox sürətlə inkişaf etdiyini, bizim beynəlxalq mövqelərimizin möhkəmləndiyini, ölkə daxilində proseslərin müsbət istiqamətdə getdiyini göstərir”. Rəqəmlər təsdiq edir ki, həqiqətən, ölkə bu ilin üç ayında da bütün sahələrdə inkişaf tempini qoruyub saxlaya bilmişdir. Nəticədə, qeyri-neft sektoru 2,4 faiz, qeyri-neft sənayesi 2 faiz, kənd təsərrüfatı 3,5 faiz artmışdır. Valyuta ehtiyatlarımız da 1 milyard dollar artaraq 38,5 milyard dollara çatmışdır. Əhalinin rifahının yaxşılaşdırılması üçün sosial proqramların həyata keçirilməsi, həmişə olduğu kimi, bu müddətdə də diqqətdə saxlanılmış, vətəndaşların pul gəlirləri artmışdır.

Razim Məmmədov cari ilin birinci rübündə rayonda görülən işləri geniş təhlil edərək bildirdi ki, Xətai rayonunun da iqtisadi göstəriciləri yüksək nailiyyətlərdən xəbər verir. Ötən üç ayda rayonun iqtisadi və sosial sahələrində baş vermiş dəyişiklikləri əks etdirən makroiqtisadi göstəricilər təhlil edilərkən müəyyən olunmuşdur ki, rayonda məhsul istehsalı və xidmət sahələrinin dinamik inkişafı təmin olunmuş, onlara mütənasib olaraq sosial məsələlər uğurla həll edilmişdir.

Bu müddətdə rayonun sənaye müəssisələrində 403 milyon 875 min manatlıq və ya əvvəlki illə müqayisədə 68,8 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Məhsulunun ümumi həcmində dövlət sektorunun xüsusi çəkisi 95,3 faiz, qeyri-dövlət sektorunun  xüsusi çəkisi isə 4,7 faiz  təşkil etmişdir.

Rayonun tikinti komp-leksində iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 178 milyon 239,1 min manat vəsait istifadə edilmişdir ki, onun da 177 milyon 831,4 min manatı  tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Bu da 2016-cı ilin müvafiq dövrünə nisbətən 12,1 dəfə çoxdur.

Natiq hesabatda qeyd etdi ki, əhalinin rifah halının əsas göstəricilərindən olan istehlak bazarı dinamik inkişaf etmiş və rayon əhalisinə 590 milyon 458, 9 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 17,6 faiz çox genişçeşidli istehlak malları satılmışdır.

 Daxili bazarda süni bahalaşmanın qarşısının alınması istiqamətində müvafiq mübarizə tədbirləri davam etdirilmişdir. Kiçik və orta sahibkarlığın inkişafı, sağlam biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi və əhalinin işlə təmin olunması üçün münasib şəraitin yaradılması məqsədilə yerli infrastruktur layihələrin icrası, yeni istehsal və emal müəssisələrinin açılması icra hakimiyyətinin diqqət mərkəzində olmuşdur. Nəticədə, hesabat dövründə 2764 yeni iş yerləri açılmışdır ki, onların 642-si yeni yaradılmış, 682-si mövcud, 32-si fəaliyyətini bərpa etmiş müəssisələrdə, 1408-i isə fiziki şəxslər tərəfindən yaradılmış iş yerləri olmuşdur.

R.Məmmədov, həmçinin qeyd etdi ki, regionun ən nəhəng layihələrindən olan “Ağ şəhər” çərçivəsində əhalinin köçürülməsi, kompensasiya ödənilməsi və söküntü işlərinə başlanılmışdır. Abadlaşdırma layihələri çərçivəsində köhnə mənzil fondunun yenilənməsi məqsədilə 5 çoxmərtəbəli binada əsaslı təmir işləri başa çatdırılmış, 8 ünvanda isə təmir işlərinə başlanılmışdır.

120 yerlik yeni uşaq bağçasının, Sadıqcan küçəsində inzibati binanın inşası davam etdirilir. Bu ilin avqust ayının sonuna uşaq bağçasının, iyun ayının sonuna Polis İdarəsinin tikintisinin başa çatdırılması nəzərdə tutulur.            

Rayonun xidmət təsər-rüfatının fəaliyyəti, mənzil fondunun qorunması, əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatı istiqamətində görülən işlərdən, ekoloji və sanitar vəziyyətin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışan icra başçısı bildirdi ki, əldə edilən uğurlarla yanaşı, görüləsi işlər də çoxdur. Rayonun bütün dövlət qurumları, idarə və müəssisələr bu işlərin həyata keçirilməsinə səfərbər olmalıdırlar.

Yığıncaqda çıxış edən Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov, Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsinin rəisi, polkovnik Mehman Qurbanov, icra hakimiyyətinin şöbə müdiri Pənah İmanov və və başqaları bu ilin üç ayında rayonda görülən işləri qənaətbəxş hesab etdilər. Natiqlər qeyd etdilər ki, dünyada davam edən iqtisadi böhrana və gərgin siyasi qarşıdurmalara baxmayaraq, xalqımızın sosial-siyasi rifah içində yaşadığı Azərbaycan bütün sahələrdə daim inkişaf edir.

İlqar RÜSTƏMOV,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında