30 ildən sonra… Braziliya

“Sport Recife” və “Flamenqo” klubları arasındakı mübahisəli çempionluq məsələsinə 30 ildən sonra aydınlıq gətirilib. 1987-ci ildə federasiyanın təşkil etdiyi çempionatda “Sport Recife”, klubların təşkil etdiyi turnirdə isə “Flamengo” qalib gəlib. Bu vaxt ərzində çempionun kim olması müəyyənləşməyib. Braziliya Futbol Federasiyası komandalar arasında yenidən görüşün keçirilməsini və çempionun bu yolla müəyyənləşdirilməsini təklif etsə də, “Flamengo” təklifi rədd edib. Qeyd edək ki, mübahisəyə Braziliya Apelyasiya Məhkəməsi son qoyub. Məhkəmə məsələni səsverməyə qoyub və 3 lehinə, 1 əleyhinə olmaqla “Sport Recife” 1987-ci ilin çempionu olaraq təsdiqlənib.

Xəbəri “Goal.com” verib.

Hazırladı: Elçin ABBASOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında