“İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin otuz səkkizinci cildi çapdan çıxıb

“Mən həmişə demişəm ki, Qafqaz vahid bir orqanizmdir. Şimali Qafqazda, Cənubi Qafqazda baş verən proseslərlə sıx bağlıdır. Biz hamımız çalışmalıyıq ki, bölgəmizdə, bu gözəl Qafqaz bölgəsində sülh, əmin-amanlıq, tərəqqi təmin edilsin, insanlar sülh, rifah şəraitində yaşasınlar və ölkələrimiz inkişaf etsin, çiçəklənsin. Biz buna ancaq birlikdə nail ola bilərik. Birgə səylərimizlə, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında, bir-birimizə kömək etməklə biz buna nail ola bilərik. Azərbaycan öz tərəfindən bu istiqamətdə üzərinə düşən vəzifələri ləyaqətlə icra edir”.

AZƏRTAC xəbər verir ki, yenicə çapdan çıxmış “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 38-ci cildində yer alan bu fikirləri dövlətimizin başçısı 2009-cu ilin noyabrında Bakıda keçirilən “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı söyləyib. 

Çoxcildliyin bu nəşrinə daxil olan materiallar 2009-cu ilin sentyabrından noyabrınadək olan dövrü əhatə edir.

Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin bu cildində dövlətimizin başçısının Moldovaya səfəri çərçivəsində keçirdiyi görüşlərə, Kişineuda MDB Dövlət Başçıları Şurasının iclasında iştirakına, Moldovada Azərbaycan Televiziyasına müsahibəsinə, İordaniyaya, İsveçrəyə səfərlərinə, İsveçrədə Azərbaycan mədəniyyəti günlərinin rəsmi açılışında iştirakına, Belarusa və Bolqarıstana səfərlərinə dair materiallar və məktubları yer alıb. Kitabda Azərbaycan Prezidentinin Qazaxıstan, Türkiyə, Qırğızıstan və Sloveniya prezidentlərinin ölkəmizə səfərləri zamanı bu ölkələrin dövlət və hökumət başçıları ilə danışıqlarına, mətbuata bəyanatlarına, imzalanan sənədlərə dair materiallar da toplanıb.

Dövlətimizin başçısının Azərbaycana səfər etmiş Çexiya, Slovakiya, Pakistan, ABŞ, İran, Türkiyə, Bolqarıstan, Gürcüstan, Belarus, Rusiya və digər ölkələrin, Avropa İttifaqının, ATƏT-in, Dünya Bankının və digər nüfuzlu qurumların yüksək vəzifəli şəxslərini qəbul etməsinə dair materiallar da nəşrin bu cildində yer alıb.

Kitaba, həmçinin Prezident İlham Əliyevin Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşündə iştirakına dair informasiyalar, Azərbaycanda Rus İcmasının III qurultayının və ölkəmizdə keçirilən digər beynəlxalq tədbirlərin iştirakçılarına müraciətləri daxil edilib.

Dövlətimizin başçısı bütün görüş və danışıqlarda diqqəti Ermənistanın işğalçılıq siyasətinə yönəldib, dünya ictimaiyyətini regionun inkişafına əngəl olan Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları çərçivəsində həllinə dəstək olmağa çağırıb.

Bu cilddə Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2009-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasındakı nitqləri, habelə İsmayıllı, Ağsu və Yevlax rayonlarına səfərləri, bölgələrdə ictimaiyyət nümayəndələri ilə görüşləri, təhsil və sənaye müəssisələrinin açılışında iştirakı, paytaxtımızda aparılan abadlıq-quruculuq işləri ilə tanışlığı, məcburi köçkün ailələri üçün tikilmiş yaşayış binaları kompleksinin açılış mərasimində iştirakı barədə informasiyalar toplanıb.

Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri daxil edilib.

“Azərnəşr” tərəfindən buraxılan 38-ci cildin hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında