İlham Əliyev: İslam dini dostluq dinidir

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 37-ci cildi çapdan çıxıb. 

Çoxcildliyin bu cildi Azərbaycan Prezidenti İlham Əliyevin Təzəpir məscid kompleksinin əsaslı yenidənqurma və geniş tikinti işlərindən sonra istifadəyə verilməsi mərasimində iştirakına dair informasiya ilə başlanır.

Bu qeydlərin sərlövhəsinə çıxarılmış fikir dövlətimizin başçısının həmin mərasimdəki nitqindən götürülüb. Prezident deyib: “Əfsuslar olsun ki, bəzi hallarda İslam dini haqqında qəsdən yalan məlumatlar yayılır, islamofobiya siyasəti aparılır. Bu gün dünyada dinlərarası dialoqdan çox danışılır və buna böyük ehtiyac vardır. Ancaq bəzi hallarda dini ayrı-seçkilik meyilləri də görünür. Biz İslam dininə qarşı aparılan kampaniyanı və əsassız ittihamları rədd edirik. İslam dini dostluq dinidir. İslam dövlətləri arasında çox geniş mənada əməkdaşlığa və dostluğa ehtiyac var”.

Azərbaycanda bütün millətlərin, dinlərin nümayəndələrinin bir ailə kimi yaşadığını qeyd edən Prezident vurğulayıb ki, ölkəmizdə heç vaxt milli və dini zəmində ayrı-seçkilik olmayıb, yoxdur və olmayacaq.

Çoxcildliyin bu nəşrinə daxil olan materiallar 2009-cu ilin iyulundan sentyabrınadək olan dövrü əhatə edir.

Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin bu kitabda dövlətimizin başçısının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına, Rumıniyaya, Rusiya Federasiyasına, Qazaxıstana səfərlərinə, habelə Suriya və Latviya prezidentlərinin Bakıya səfərləri zamanı bu ölkələrin dövlət və hökumət başçıları ilə danışıqlarına, mətbuata bəyanatlarına, imzalanan sənədlərə dair materiallar toplanıb. 

Nəşrin bu cildinə Azərbaycan Prezidentinin ölkəmizə səfər etmiş Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, İsveç, Çexiya, Almaniya, Türkiyə, Belarus və digər dövlətlərin, ATƏT, Avropa İttifaqı, TÜRKSOY təşkilatlarının, xarici şirkətlərin yüksək vəzifəli şəxslərini qəbul etməsinə dair materiallar, habelə dövlətimizin başçısının məktubları daxil edilib.

Azərbaycan Prezidenti bütün görüş və danışıqlarında Ermənistanın işğalçılıq siyasətini önə çəkib, dünya ictimaiyyətini Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları çərçivəsində həllinə dəstək olmağa çağırıb.

Bu cilddə, həmçinin Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında giriş və yekun nitqləri, Naxçıvan Muxtar Respublikasına, Hacıqabul, Quba, Qusar rayonlarına səfərlərinə, bölgələrdə ictimaiyyət nümayəndələri ilə görüşlərinə, təhsil, səhiyyə və sənaye müəssisələrinin, infrastruktur obyektlərinin açılışında iştirakına, paytaxtımızda aparılan abadlıq-quruculuq işləri ilə tanışlığına dair informasiyalar yer alıb. 

Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri daxil edilib.

“Azərnəşr” tərəfindən buraxılan 37-ci cildin hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında