Milli Qəhrəmana həsr olunan tədbir keçirilmişdir

14 fevral 2017-ci il tarixdə Xudat Sərhəd Dəstəsinin Qusar rayonu ərazisində yerləşən "Həzrə" sərhəd komendantlığında, "Həzrə" və "Kirik" sərhəd zastavalarında Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun orta təhsil aldığı Həzrə kənd orta məktəbinin müəllim və şagird kollektivinin, ictimaiyyətin, yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələrinin iştirakı ilə tədbirlər keçirilmişdir.

Milli Qəhrəmanın müəllimləri, sərhədçi zabitlər şəxsi heyət qarşısında çıxış edərək Çingiz Qurbanovun orta təhsil illərindən xatirələr danışmış, döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq barəsində ətraflı məlumatlar vermişlər. Qeyd olunmuşdur ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Çingiz Qurbanov qanını və canını əsirgəmədən torpaqlarımızın işğaldan azad edilməsi üçün hər an döyüşə hazır olan Azərbaycan əsgərinin növbəti simvoludur. Çingiz Qurbanov həm düşmənə, həm də bütün dünyaya bir daha göstərmişdir ki, Azərbaycan dövlətinin güclü əsgəri var və milliyyətindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı torpaqlarımızın işğalı ilə heç vaxt barışmayacaqdır.

Tədbirlərdə vurğulanmışdır ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyəti sayəsində cəbhə xəttində düşmənə sarsıdıcı zərbələrin endirilməsi, xarici siyasətdə əldə olunan ardıcıl diplomatik qələbələrimiz yaxın zamanlarda torpaqlarımızın işğaldan azad ediləcəyinə  olan inamı daha da artırmışdır.

Tədbirlərin sonunda şagirdlər və sərhədçi əsgərlər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirilmişdir.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında