Avstraliya parlamentində senator Xocalı faciəsi ilə bağlı çıxış edib

Avstraliya İttifaqı Parlamentinin Senatında Qərbi Avstraliya ştatından seçilmiş Avstraliya Liberal Partiyasının üzvü senator Kris Bak Xocalı faciəsi ilə bağlı çıxış edib.

APA-nın parlamentin saytına istinadən verdiyi məlumata görə, o, yaxın iki həftədə Azərbaycan xalqının ölkə tarixinin ən qanlı faciəsinin 25-ci ildönümünü qeyd edəcəyini bildirərək, həmin gün qadın və uşaqlar da daxil olmaqla, 600-dən çox şəxsin öldürüldüyünü diqqətə çatdırıb. Senator 1990-cı illərdə baş vermiş müharibənin fəlakətli fəsadlarının hələ də davam etdiyini vurğulayıb.

K. Bak uğurlu vasitəçilik olmadan atəşkəsin pozulması halları və artan gərginliklərin hərbi münaqişənin yenidən alovlanmasına gətirib çıxaracağını və bu halın ümumilikdə Qafqaz regionunda qeyri-sabitliyə yol açacağını qeyd edib.

Sonda senator Azərbaycanın Dağlıq Qarabağ regionunun hazırda Ermənistanın nəzarəti altında olduğunu, etnik azərbaycanlıların öz ata-baba yurdlarından qovulduğunu bildirib.

Qeyd edək ki, Avstraliya İttifaqı Parlamentinin Senatı hər 6 ştatdan 12 və paytaxt ərazisi və şimal ərazisinin hər birindən 2 senator olmaqla 76 senatordan ibarətdir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında