Türkiyənin “Diplomatik gözləm” jurnalında Xocalı soyqırımı barədə məqalə dərc olunub

Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırovun Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı məqaləsi nüfuzlu “Diplomatik gözləm” jurnalında dərc olunub.

“Xocalı soyqırımının 25-ci ildönümü” sərlövhəli məqalədə Xocalı soyqırımının səbəbləri və ağır nəticələri barədə türkdilli oxuculara ətraflı məlumat verilir.

Məqalədə Xocalı soyqırımının törədilməsində təcavüzkar Ermənistanın indiki və keçmiş rəhbərliyinin iştirakı barədə təkzibolunmaz faktlar göstərən müəllif yazır ki, bu cinayət erməni millətçiliyinin iç üzünü dünya ictimaiyyətinə nümayiş etdirir. Qeyd olunur ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Xocalı faciəsinin dünya ictimaiyyəti tərəfindən soyqırımı olaraq qəbul edilməsi istiqamətində əhəmiyyətli işlər görülüb. O cümlədən Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı soyqırımının dünya birliyi tərəfindən tanınması istiqamətində böyük nəticələr əldə olunub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampanıyası dünya ictimaiyyətini ayağa qaldırıb.

Məqalədə diqqətə çatdırılır ki, Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Peru, Honduras, Panama, İordaniya və Rumıniya, o cümlədən ABŞ-ın bir çox ştatı Xocalı soyqırımını tanıyıb.

Sabir Şahtaxtı, AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında