Bəşər Əsəd danışıqlara hazırdır

Suriya Prezidenti Bəşər Əsəd müxalifət qrupları ilə sülh danışıqlarına hazır olduğunu bildirib.

 SANA agentliyinin yaydığı məlumata görə, Suriya Prezidenti bunu fransalı jurnalistlərə müsahibəsində deyib. Görüşün Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilməsi nəzərdə tutulur.

Suriyadakı müxalif qruplar danışıqlarda iştiraka hələ razılıq bildirmədiklərinə görə Ankara və Moskvanın vasitəçiliyi ilə keçiriləcək görüşün baş tutub-tutmayacağı  sual altındadır.

Xatırladaq ki, Rusiya, Türkiyə və İran Suriya münaqişəsi ilə bağlı Astanada sülh danışıqları aparılmasını təklif ediblər və ötən həftə danışıqlar prosesi ilə bağlı razılıq əldə olunub. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun sözlərinə görə, danışıqlar yanvarın 23-də başlaya bilər.

Bəşər Əsəd isə bildirib ki, danışıqların uğuru  müxalifətin onda necə iştirak etməsindən asılı olacaq. Suriya Prezidenti  Fransanın kütləvi informasiya vasitələrinə, həmçinin  deyib ki, ona loyal qüvvələr "qələbə yolundadır". B.Əsədin sözlərinə görə, üsyançıların həlledici məğlubiyyət anı Hələb müharibəsi zamanı olub. Lakin Suriya Prezidenti hesab edir ki, şəhərin hökumət qoşunlarının nəzarəti altına keçməsini hələ son qələbə kimi qiymətləndirmək olmaz: "Qələbə bütün terrorçuların məhv edildiyi an olacaq".

Dinc əhali arasında çoxsaylı qurbanlara səbəb olan Hələbin bombalanması barədə danışan Suriya Prezidenti qeyd edib ki, "xalqın azadlığının qiyməti belədir". Gələcəkdə prezidentlik uğrunda mübarizə aparmasının mümkünlüyünə gəldikdə isə Əsəd deyib ki, bu, Suriya xalqının iradəsindən asılıdır.

BMT-nin hesablamalarına görə, 5 ildən çoxdur ki, davam edən Suriya müharibəsində 300 minə yaxın insan həlak olub.

Aida AYSA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında