Nəsimi: ərazi nümayəndəliyi fəaliyyətini genişləndirir

Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin illik hesabat yığıncağında qurumun ötənilki fəaliyyəti geniş müzakirə olunub, cari ilin vəzifələrinə nəzər salınıb.

Hesabat məruzəsi ilə çıxış edən Nəsimi RİHB-in 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi İsgəndər Səfərov bildirib ki, 51 minə yaxın sakinin yaşadığı və 2,4 kvadratkilometri əhatə edən nümayəndəliyin ərazisində 2 ali və 10 ümumtəhsil məktəbi, 10 körpələr evi-uşaq bağçası, 1 yardımçı və 3 yaradıcılıq məktəbi, 6 mədəni-maarif müəssisəsi, 2 ev muzeyi, 9 səhiyyə müəssisəsi, 5 dini qurum, 1 dairə seçki komissiyası, 9 mənzil-kommunal istismar sahəsi fəaliyyət göstərir, 731 yaşayış binası yerləşir. Ötən dövrdə nümayəndəlik əraziyə xidmət göstərən MKİS və digər qurumlarla sıx əlaqə yaradaraq, RİH başçısının sərəncam və göstərişlərinin icrasının koordinasiyasına çalışıb.

Qeyd edilib ki, ərazinin sanitar vəziyyəti və təmizliyi daim nəzarətdə saxlanılıb, aşkar edilmiş nöqsanlar operativ aradan qaldırılıb. Yaşayış binalarında  köhnəlmiş damlar, suaxıdıcı borular, keçid meydançaları və pilləkanlar təmir olunub. Ümumi istifadə obyektlərində sakinlərin rahatlığına xidmət edən bir sıra abadlıq işləri görülüb, yeni yaşıllıqlar salınıb. Meydan və yolların asfalt örtüyü daim nəzarətdə saxlanıb, dağılmış yerlərdə təmir-bərpa işləri aparılıb. 

Ərazinin ümumi gözəlliyini artırmaq üçün bir sıra köhnə binalarda təmir işləri görülüb, fasadlara xüsusi dizayn verilib. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin AzİnTelecom müəssisəsinin inzibati binası ötən il yenidən qurulub, ərazidə  geniş abadlıq və yaşıllaşdırma işləri aparılıb. Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın dekabrın 5-də açılışda iştirak etmələri ilin unudulmaz hadisəsinə çevrilib.

2016-cı ildə ərazidə dövlət bayramlarının, tarixi günlərin və əlamətdar hadisələrin yüksək səviyyədə qeyd edilməsi təmin olunub, əhalinin ayrı-ayrı qrupları ilə bağlı sosial-mədəni layihələr gerçəkləşdirilib.

Yığıncaqda çıxış edən Nəsimi RİH-in başçısı Asif Əsgərov paytaxtın mərkəzi rayonlarından olan Nəsimi ərazisində, o cümlədən, 3 nömrəli dairədə ötən il aparılan əhəmiyyətli abadlıq-quruculuq işlərindən və həyata keçirilən önəmli layihələrdən söz açaraq bildirib ki, bütün bunları tamamlayacaq işlər hələ çoxdur. Rayon rəhbəri bu il nümayəndəliyin səmərəli fəaliyyətinə düzgün yön, ciddi təkan verəcək tövsiyə və tapşırıqlarını da verib.

Müzakirələrdə çıxış edən ərazi fəalları görülən işləri qənaətbəxş sayıb, problemlərin həllində sakinlərin yaxından iştirakının vacibliyini qeyd ediblər. Yığıncaqda quruculuq işlərini genişləndirməklə bağlı təkliflər də səslənib.

R.TAHİR,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında