Görülən işlər qənaətbəxş hesab edilmişdir

Yasamal  Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunları və 2017-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iliik hesabatı keçirilmişdir.

Ötən il ərzində görülmüş işlər barədə məlumat verən sahə inzibati ərazi dairəsi üzrə nümayəndə Çingiz Əliyev demişdir ki, qarşıya qoyulan əsas vəzifə sakinləri narahat edən problemlərin aradan qaldırılması olmuşdur. Qeyd olunmuşdur ki, ərazidə 61 min 547 sakin yaşayır. Rayonun bəzi ərazilərində köçürülmə işləri aparıldığından  əhalinin sayının dəqiqləşdirilməsi daim diqqət mərkəzində saxlanılmışdır. Nümayəndəlik ərazidə fəaliyyət göstərən dövlət qurumları, bələdiyyə, qeyri-hökumət təşkilatları və digər qurumlarla qarşılıqlı fəaliyyət göstərərək, rayonun ictimai-siyasi həyatında fəal iştirak etmişdir.

Qeyd olunmuşdur ki, IDEA ictimai birliyinin təşəbbüsü ilə ölkədə aparılan ağacəkmə kampaniyasına qoşulan nümayəndəlik Yasamal rayonu ərazisində yaşıllığın salınmasında yaxından iştirak etmişdir. Əsas vəzifə isə sakinlərin qaldırdığı məsələlərin həlli olmuşdur.

Ç.Əliyev diqqətə çatdırmışdır ki, il ərzində nümayəndəliyin ərazisindəki binaların dam örtüyü təmir olunmuş, su, kanalizasiya, qaz və istilik sistemlərinin normal fəaliyyəti istiqamətində əhəmiyyətli tədbirlər görülmüşdür. Çünki bu sahələr əhalini daha çox narahat edir. Sakinlərin asudə vaxtının səmərəli keçirilməsi, uşaqların əylənməsi, yaşlı insanların istirahət etməsi də diqqət mərkəzində saxlanılan məsələlərdən olmuşdur. Bu məqsədlə Şərifzadə küçəsində abadlıq işləri aparılmış, binaların həyətlərində oturacaq və günlüklər quraşdırılmışdır. Həmçinin H.Zərdabi və A.Abbasov küçələri asfaltlaşdırılmışdır. Ərazidə torpaq sahələrinin qanunsuz zəbt olunmasına qarşı mübarizə barəsində məlumat verən Ç.Əliyev bununla əlaqədar Qanlı göl yaşayış massivində müvafiq tədbirlərin görüldüyünü bildirmişdir.

Yığıncaqda qarşıda duran vəzifələr haqqında da məlumat verilmişdir. Qeyd olunmuşdur ki, bunlar əsasnamədə  nəzərdə tutulan işləri layiqincə yerinə yetirmək, həmçinin nümayəndəliyin fəaliyyətini təsdiq edən iş planına əsasən, ərazidə mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, o cümlədən yaşıllaşdırma, təmizlik və abadlıq, işıqlandırma işləri ilə məşğul olan qurumların fəaliyyətini rayon icra hakimiyyəti başçısının müəyyən etdiyi formada əlaqələndirməkdir.

Yığıncaqda çıxış edən 21 saylı tam orta məktəbin direktoru Rəna Ağazadə, Yasamal bələdiyyəsinin sədri Zakir Cəfərov, RİH-nin şöbə müdiri Elşən Mustafayev və başqaları nümayəndəliyin bir il ərzində gördüyü işləri qənaətbəxş hesab etmişlər.

Əliqismət BƏDƏLOV,
Rafiq Salmanov (foto),
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında