Almaniyanın keçmiş prezidenti vəfat etmişdir

Almaniyanın keçmiş prezidenti Roman Hersoq yanvarın 10-da 82 yaşında vəfat etmişdir. Bu barədə DPA agentliyi məlumat yaymışdır.

Roman Hersoq 1934-cü il aprelin 5-də Bavariyada Landsxut şəhərində protestant ailəsində doğulmuşdur. Münxendə hüquqşünaslıq fakültəsini bitirmiş, universitetdə köməkçi vəzifəsində əmək fəaliyyətinə başlamışdır. 1966-cı ildən Berlin Azad Universitetində dövlət hüququ kafedrasına rəhbərlik etmişdir. 1983-87-ci illərdə Karlsruedə Almaniya Federativ Respublikasının Federal  Konstitusiya Məhkəməsinin sədri, 1987-1994-cü illərdə həmin məhkəmənin sədri vəzifələrində çalışmışdır.  Xristian-Demokratik İttifaqı Partiyasının üzvü idi.

Roman Hersoq 1994-cü il iyulun 1-də Almaniyanın federal prezidenti seçilmişdir. 1999-cu ildə onu bu postda Yohannes Rau əvəz etmişdir. Markus və Hans Georq adında iki oğlu var.

AFR prezidenti Yoaxim Qauk başsağlığı verərək, Roman Hersoqun fəaliyyətini yüksək qiymətləndirmiş, onu müdrik və təcrübəli dövlət xadimi adlandırmışdır.

Samirə Əliyeva,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında