“Forbes”: Trampın qələbəsi rusiyalı milyarderləri zənginləşdirib

Donald Trampın ABŞ-da prezident seçkilərində qələbəsi rusiyalı milyarderlərin sərvətlərini 29 milyard dollar artırıb.

APA-nın “Forbes” jurnalına istinadən verdiyi xəbərə görə, bu, milli valyutanın möhkəmlənməsi və qiymətli kağızların dəyərlərinin artması ilə izah olunur.

Noyabrın 8-dən sonra milyarderlər arasında sərvətini ən çox artıran “NOVATEK”-in rəhbəri Leonid Mixelson olub. “Forbes” jurnalına görə, onun aktivləri 1,9 milyard dollar artaraq, 18,2 milyard dollar təşkil edib. L.Mixelson 2016-cı ilin nəticələrinə görə, Rusiya milyarderlərinin reytinqinə başçılıq edir.

Jurnalın yazdığına görə, Trampın qələbəsindən sonra amerikalı milyarderlərin sərvəti orta hesabla 2,8 faiz artıb, ən varlı rusiyalılar isə 7,1 faiz zənginləşib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında