Venesuela Ali Məhkəməsi parlamentin Maduro barəsində qərarını ləğv edib

Venesuela Ali Məhkəməsi parlamentin Prezident Nikolas Maduro barəsində istefa qərarının qeyri-konstitusion olduğunu bəyan edib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Venesuelanın “TeleSur” telekanalı məlumat verib.

Məlumata görə, Ali Məhkəmə parlamentdə Nikolas Maduronun istefasına dair keçirilən səsvermənin qanunsuz olduğuna dair qərar çıxarıb.

“Ali Məhkəmə bir daha xatırladır ki, qanunverici orqanın ölkə Konstitusiyasının çərçivəsindən kənara çıxan qərarlar qəbul etməyə  səlahiyyəti yoxdur”, – deyə məlumatda vurğulanıb. 

Qeyd edək ki, Venesuela  parlamenti Prezident Nikolas Maduronun “səlahiyyətlərini icra etmədiyinə görə” vəzifədən kənarlaşdırilması barədə qərar qəbul etmişdi. Qərarın  lehinə 106 deputat səs vermişdi. Hökumətyönlü  deputatlar səsvermədən əvvəl zalı tərk etmişdilər.

“El Nacional” qəzetinin məlumatına görə, parlamentarilər ölkə Konstitusiyasının 233-cü maddəsinə uyğun hərəkət ediblər. Maddəyə əsasən, prezident səlahiyyətlərini icra etmədiyi təqdirdə yeni seçkilərin keçirilməsi nəzərdə tutulur.

Ali Məhkəmə bildirib ki, qəbul edilən qərar faktiki olaraq hüquqi gücə malik deyil. Venesuela qanunvericiliyində prezidentin parlament tərəfindən impiçment edilməsi nəzərdə tutulmayıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında