“Moskva-Baku” portalı Azərbaycan Prezidenti İlham Əliyevin ad günü ilə əlaqədar süjet hazırlayıb

“Moskva-Baku” informasiya portalı dekabrın 24-də 55 yaşı tamam olan Azərbaycan Prezidenti İlham Əliyevin ad günü ilə əlaqədar süjet hazırlayıb. Film İlham Əliyevin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) keçən tələbəlik illərindən bəhs edir.

Süjetin əsasını MDBMİ-nin sabiq və hazırkı rektorları, Azərbaycanın gələcək prezidentinin müəllimləri, institutdakı keçmiş həmkarlarının və tələbələrin xatirələri təşkil edir. Onlar həyatının müxtəlif mərhələlərində İlham Əliyevlə ünsiyyətdən aldıqları təəssüratları bölüşür, yubilyara çox səmimi və xoş sözlər ünvanlayırlar.

Filmdə arxiv materialları təqdim edilir: Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun gənc tələbəsi İlham Əliyev hakimiyyət zirvəsinə gedən yola qədəm qoyur.

MDBMİ-nin muzeyində fəxrlə hamıya göstərilən artefakt – 1977-ci ilin tələbəsi İlham Əliyevin – MDBMİ-nin ilk prezident-məzununun tələbə bileti saxlanılır.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda keçən illəri İlham Əliyev həmişə böyük səmimiyyətlə xatırlayır.

Filmdə İlham Əliyevin insani keyfiyyətlərinə böyük diqqət ayrılır. Gələcək prezidentlə görüşlər haqqında söhbətlər onun prinsipial, xeyirxah, diqqətli insan, istedadlı müəllim olması kimi xatirələrlə zəngindir.

Böyük siyasi zirvələrə yüksəldikdən sonra da İlham Əliyev doğma ali məktəbi heç vaxt unutmayıb. Yeri gəlmişkən, onun böyük qızı Leyla da ailə ənənəsini davam etdirərək MDBMİ-də təhsil alıb.

2013-cü ildə Azərbaycan Prezidentinin təşəbbüsü ilə Bakıda MDBMİ məzunlarının I Ümumdünya Forumu keçirilib. Azərbaycan Prezidenti Forumun tribunasından deyib: “Yəqin ki, biz fikrən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda oxuduğumuz illərə qayıdır, müəllimlərimizi minnətdarlıq hissi ilə xatırlayır, kurs yoldaşlarımızı, dostlarımızı, həyatımızın müəyyən anlarını xatırlayırıq”.

MDBMİ-nin ölkə prezidenti olmuş ilk və yeganə məzunu İlham Əliyev Rusiyanın məşhur ali məktəbində onun böyük siyasi xadim kimi formalaşmasına təsir etmiş unikal təhsil və iş təcrübəsi qazanıb.

Fəridə Abdullayeva,
AZƏRTAC-ın xüsusi müxbiri

Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında