Metyu Brayza: Sankt-Peterburq görüşü tərəfləri təhlükəsiz və daha stabil vəziyyətə doğru aparıb

“Azərbaycan, Ermənistan və Rusiya prezidentləri arasında Sankt-Peterburqda keçirilən görüş iki Cənubi Qafqaz ölkəsi arasında ab-havanı yaxşılaşdırdı və hər iki prezident və xarici işlər nazirləri arasında gələcək müzakirələrdə ATƏT-in Minsk qrupunun mərkəzi rolunu bərpa etdi”.

Bu sözləri APA-ya açıqlamasında ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri, Estoniya Beynəlxalq Müdafiə və Təhlükəsizlik Mərkəzinin direktoru Metyu Brayza deyib. O bildirib ki, Sankt-Peterburq görüşündə Azərbaycan və Ermənistan prezidentləri mayın 16-da Vyanada razılaşdıqları kimi, təmas xəttində hərbi gərginliyi azaltmaqla bağlı tədbirlərin həyata keçirilməsi və münaqişənin siyasi həlli ilə bağlı danışıqların bərpası üçün tələb olunan atmosferin yaradılması öhdəliyini üzərilərinə götürüblər: “Bütün bunlar, ümumilikdə, Azərbaycanla Ermənistan arasında münasibətlər baxımından irəliləyişdir...  Bütün hallarda Sankt-Peterburq görüşü tərəfləri təhlükəsiz və daha stabil vəziyyətə doğru aparıb”.

M. Brayza ABŞ-ın Rusiya prezidenti Vladimir Putinin ev sahibliyi ilə keçirilən görüşdən kənarda qalmadığını söyləyib. Onun sözlərinə görə, məhz görüşün əsas nəticələrindən biri bu olub ki, yüksək səviyyəli görüşlər həmsədrlərin rəhbərliyi ilə Minsk qrupu çərçivəsində davam etdiriləcək.

Keçmiş həmsədrin fikrincə, Rusiya bu ölkəyə qarşı sanksiyaları davam etdirən Avropa İttifaqı liderlərinə göstərmək istəyir ki, Cənubi Qafqazda sülhməramlı rol oynamağa çalışır.

M. Brayza hesab edir ki, münaqişənin həlli yolu 2007-ci ildən masa üzərində olan, münaqişənin həlli ilə bağlı təməl prinsipləri özündə əks etdirən Madrid sənədi üzərində işi yekunlaşdırmaqdam keçir: “Bunun baş verməsi üçün həmsədr ölkələrin prezidentlərinin, xüsusilə ABŞ Prezidentinin bu işə cəlb edilməsi labüd olacaq”.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında