Çad Braun: Çinlə ABŞ arasında iqtisadi müharibə başlaya bilər

Respublikaçıların prezidentliyə ən şanslı namizədi Donald Tramp ABŞ-ın ticarət tərəfdaşlarına sərt mesaj ünvanlayıb: “Ya oyunu ədalətli aparın, ya da oyundan çıxın”. O, Meksikanı sərhəddə inşa etdirmək istədiyi divarın xərclərini ödəməyə məcbur etmək istəyir. Eyni zamanda, da ABŞ-ın Çinlə 366 milyard dollarlıq rekord ticarət kəsirini azaltmaq üçün Çindən idxal olunan mallara yüksək tariflər tətbiq etməklə təhdid edir. Tramp bu siyasətini “qalibiyyət” adlandırsa da, “Amerikanın səsi”nə müsahibə verən iqtisadçılar Trampın iqtisadi siyasətinin fəlakətə gətirib çıxara biləcəyini deyirlər.

Tədqiqatçılar qeyd edirlər ki, ötən il ABŞ 500 milyard dollar dəyərində Çin istehsalı olan mallar idxal edib, Çin isə 116 milyard dollar dəyərində Amerika istehsalı olan mallar alıb. Bu qeyri-bərabərliyi aradan qaldırmaq üçün Tramp Çində istehsal olunan mallara tətbiq edilmiş tarifləri 45 faiz artırmaq istəyir.

“Bizim Çinlə 500 milyard dollarlıq büdcə kəsirimiz var və biz bunu dəyişdirəcəyik. Bu, bizim əlimizdədir. Unutmayın ki, biz içindən pul oğurlanan pul daxılına bənzəyirik”,- deyə Tramp bildirib.

Qeyd edək ki, bu, Trampın öz tərəfdarları və Çində daha az maaşlı işçi qüvvəsinə görə işlərini itirmiş milyonlarla amerikalı qarşısında irəli sürdüyü təklifdir. Amma Qordon Hanson kimi iqtisadçı ekspertlər bu təklifin iqtisadi reallığa uyğun olmadığını bildirilər. “Onun dediklərini siyasi baxımdan anlamaq olar, amma bunun üçün iqtisadi bünövrə yoxdur”,- deyə iqtisadçı Qordon Hanson bildirib.

İqtisadçıların dediyinə görə, Çin mallarına 45 faizlik tarif  Ümumdünya Ticarət Təşkilatının hazırda mövcud qanunlarına görə qeyri-qanuni olmaqla yanaşı, həm də Çin tərəfindən ciddi cavabla nəticələnə bilər. Qordon Hanson deyib: “Mənim təhlillərim bunu göstərir ki, əgər Çin kimi tək bir ölkədən idxal məhdudlaşdırılsa, bu mallar digər ölkələrdən gətirilə bilər”.

Dünya Bankının keçmiş iqtisadçısı Çad Braun isə Trampın fikirlərinə görə Çinlə ABŞ arasında ticarət müharibəsinin başlaya biləcəyi barədə xəbərdarlıq edərək deyb: “Son bir neçə ildə Çin göstərib ki, bir ölkə onun ixracatlarına qarşı ticarət maneələri tətbiq edəndə, Çin buna qanuni və ya qeyri-qanuni şəkildə intiqamla cavab verir. Donald Trampın təklif etdiklərinə qarşı isə Çin Ümumdünya Ticarət Təşkilatının qaydalarına müvafiq şəkildə cavab verə bilər”.

Amma Tramp tənqidçilərinin onun məqsədini anlamadığını iddia edərək deyir ki; “Gələcəkdə baxıb deyəcəksiniz ki, Trampın siyasəti nəticəsində biz yenə də qalib gəlməyə başladıq”.

Mahmud QƏZƏNFƏROĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında