Pyotr Poroşenko: Ukraynada parlament-hökumət böhranı başa çatdı

Ukrayna Prezidenti Pyotr Poroşenko ölkədə parlament-hökumət böhranının artıq başa çatdığını elan edib. Bu barədə dövlət başçısı Milli İslahat Şurasının iclasında bildirib. Məlumatı "Lenta.ru" verib.

"Bizim bu il ilk dəfə keçirilən iclasımız ölkədəki parlament-hökumət böhranına nöqtə qoyur", - deyə Poroşenko bəyan edib. Yeni hökuməti o, "peşəkar və siyasi məsuliyyət malik" kimi xarakterizə edib.

Prezident qeyd edib ki, Ukraynada islahatların sürətləndirilməsi üçün şərait yaradılıb. "Ukrayna və Avropa İttifaqı arasındakı assosiasiya və azad ticarət zonası haqqında saziş çərçivəsində vacib olan dəyişikliklər planı hər bir hakimiyyət üzvünün stolüstü kitabı olmalıdır. İslahatlarla bağlı bütün təşəbbüslər, konsepsiyalar və layihələr Ukrayna tarixində vacib olan bu beynəlxalq sazişə uyğun olmalıdır".

Qeyd edək ki, Ukraynanın Ali Radası aprelin 14-də parlamentin spikeri Vladimir Qroysmanı ölkənin Baş naziri vəzifəsinə təyin edib. Deputatlar həmin gün sabiq Baş nazir Arseni Yasenyukun istefa haqqında ərizəsini də təmin ediblər.

Ukraynanın yeni hökumətinin təyin edilməsindən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov fransalı həmkarı Jan-Mark Eyro ilə görüşü zamanı bildirib ki, Moskva yeni hökumətin Minsk razılaşmalarını daha aktiv yerinə yetirəcəyinə ümid edir. "Biz "Normandiya formatı"nda (Rusiya, Fransa, Almaniya və Ukrayna) əməkdaşlıq məsələlərinə baxdıq. Razılaşmaların reallaşması üçün açar Kiyevlə Donbas arasında birbaşa dialoqun qurulmasında, Konstitusiyaya müvafiq dəyişikliklərin edilməsində, amnistiyada və seçki qaydalarının razılaşdırılmasındadır. Ümid edirik ki, Ukraynanın yeni hökuməti bu məsələlərlə əvvəlki hökumətdən daha aktiv məşğul olacaq. Üstəlik, Ukrayna Prezidenti ilə hökumət arasında heç bir keçilməz fikir ayrılığı yoxdur və görünmür".

Niderland parlamenti isə bu günlərdə Sosialist Partiyasının Ukrayna və Avropa İttifaqı arasında assosiasiya haqqında sazişin ratifikasını ləğv etmək barədəki təşəbbüsünü rədd edib. Səsvermə, partiyanın xahişinə əsasən, partiya prinsipi ilə deyil, adi qaydada - adbaad keçirilmiş olsa da, deputatların əksəriyyəti təklifin əleyhinə səs veriblər. Parlament spikerinin müavini hər bir deputatın soyadını çağırıb və parlamentarilər "hə", yaxud "yox" cavabını veriblər. Beləliklə, ölkə parlamenti Ukrayna-Aİ sazişi ilə bağlı referendumun nəticələrini nəzərə almayıb. 

Paşa ƏMİRCANOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında