Binəqədidə humanitar sahədə görüləcək işlər müzakirə edilib

Binəqədi Rayon İcra Hakimiyyətində humanitar sahədə ətraflı və dolğun təhlillərin aparılması və strateji istiqamətlərin müəyyənləşdirilməsi  müzakirə edilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, başçının müavinləri, aparatın şöbə müdirləri, rayon-hüquq mühafizə orqanları və icra strukturlarının, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Toplantıda humanitar sahədə dövlət siyasətinin dinamik şəkildə həyata keçirilməsində  yerli və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının koordinasiyalı fəaliyyəti rayon icra hakimiyyətinin qarşısında duran prioritet məsələlərdən biri kimi səciyyələndirilmişdir.

Yerlərdə vətəndaşlarla müntəzəm əlaqənin saxlanılması, düzgün kadr seçimi, internet resurslarında və sosial şəbəkələrdə yer alan xəbərlərin izlənilərək təhlil olunması, ideoloji işin yüksək səviyyədə qurulması, təhsil infrastrukturunun və mühitinin yaxşılaşdırılması, ekologiya, turizm məsələlərinin diqqət mərkəzində saxlanılması, əhalinin asudə vaxtının səmərəli təşkili, cəmiyyətin həyatında qadınların fəallığının artırılması, səhiyyənin, bədən tərbiyəsinin, idmanın inkişafı, gənclər və uşaq siyasəti, habelə  digər sahələrdə qarşıda duran vəzifələrin icrası məqsədi ilə rayon icra hakimiyyətinin başçısı sərəncam imzalayıb. Sərəncama əsasən, tədbirlər planı hazırlanıb və orada müvafiq istiqamətlər üzrə strateji hədəflər müəyyənləşdirilib.

Tədbirdə başçı Xaləddin İsgəndərov çıxışında sözügedən sahədə indiyədək görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıb.

Tədbir başçının müavini Aygün Əliyevanın ətraflı çıxışı ilə davam edib. Natiq  rayonda təhsil, səhiyyə, mədəniyyət, ekologiya, turizm, gənclər və idman sahəsindəki mövcud vəziyyətdən danışaraq, uğurlarla yanaşı, bir sıra çatışmazlıqları da diqqətə çatdırıb və onların aradan qaldırılması ilə bağlı görüləcək işləri xatırladıb.

Rayon Ziyalılar Cəmiyyətinin sədri, professor Asəf Zamanov çıxışında humanitar sahədə görülən işlərdə uğur qazanılması üçün cəmiyyətin bütün fəalları, xüsusilə də ziyalıların təşəbbüskarlığının vacibliyini qeyd edib.

Tədbirdə  çıxış edən rayon Polis İdarəsinin rəisi Namiq İsmayılov ictimai asayişin qorunmasında, cinayətkarlıq və digər hüquqazidd əməllərin qarşısının alınmasında vətəndaş cəmiyyətinin rolunun əhəmiyyətini vurğulayıb.

Müzakirələr RİH başçısı X.İsgəndərovun yekun çıxışı ilə başa çatıb. O,  qeyd olunan sahədəki çatışmazlıqların aradan qaldırılması istiqamətində işlərin daha da intensivləşdirilməsi üçün aidiyyəti üzrə məsul şəxslərə tapşırıqlar verib.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında