“Ən təmiz MKİS” müsabiqəsinin qalibləri elan edildi

“Təmiz Binəqədi” sosial layihəsi çərçivəsində nəzərdə tutulmuş tədbirlər uğurla icra etdirilir. Son iki ayda layihə çərçivəsində rayonun müxtəlif ərazilərində iməciliklər və digər tədbirlər keçirilmişdir.

 Eyni zamanda, icra hakimiyyətinin başçısı tərəfindən imzalanmış sərəncama uyğun olaraq, adıçəkilən layihə ilə əlaqədar sahibkarlıq subyektləri və dövlət müəssisələri arasında müsabiqələr təşkil edilmişdir. Belə müsabiqələrin biri də layihənin icrasının başlanıldığı gündən elan edilmiş “Ən təmiz MKİS” müsabiqəsidir.

Xatırladaq ki, təxminən iki ay davam etmiş müsabiqəyə oktyabrın 1-də  yekun vurulmuşdur. Mükafatlandırma mərasimində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, “Ən təmiz MKİS” müsabiqəsinin münsiflər heyətinin sədri İlqar Süleymanov,  icra hakimiyyəti başçısının müavinləri, aparatın məsul şəxsləri, Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəhbərliyi və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Mərasimdə çıxış edən icra hakimiyyəti  başçısının birinci müavini, “Ən təmiz MKİS” müsabiqəsinin münsiflər heyətinin sədri İlqar Süleymanov demişdir ki, 2015-ci ilin iyun-iyul aylarında Bakı şəhərində I Avropa Olimpiya Oyunlarının keçirilməsi ilə əlaqədar rayonda “Təmiz Binəqədi” layihəsinin həyata keçirilməsinə başlanılmışdır. Rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə layihənin uğurla həyata keçirilməsi üçün tədbirlər planı tərtib edilmiş, icrasının təmini üçün müvafiq komissiya yaradılmışdır. Tədbirlər planında “Ən təmiz obyekt”, “Ən təmiz uşaq bağçası”, “Nümunəvi səhiyyə müəssisəsi”, “Ən təmiz məktəb”, “Ən təmiz fərdi ev”, “Polietilensiz gün” və digər müsabiqələrlə birlikdə bu gün təqdimatı keçirilən “Ən təmiz Mənzil Kommunal İstismar Sahəsi ərazisi” müsabiqəsinin təşkili də planlaşdırılmışdır. 

Sonra qaliblərin təltif olunması mərasimi keçirilmişdir. 8-ci mikrorayonda yerləşən 1 saylı Mənzil Kommunal İstismar Sahəsi müsabiqənin qalibi olmuşdur. II yerə 7-ci mikrorayonda fəaliyyət göstərən  80, III yerə isə 9-cu mikrorayonda fəaliyyət göstərən 95 saylı MKİS layiq görülmüşdür. 9-cu mikrorayonun ərazisində yerləşən 108 və 92 saylı mənzil-kommunal istismar sahələrinə isə həvəsləndirici mükafatlar təqdim olunmuşdur. Binəqədi Rayon MKTB-nin rəis müavini Qasım Əbdürəhmanlı, birliyin baş mühəndisi Vəli Əliyev, təmizlik üzrə sahə rəisi İbadulla Qəhrəmanov, 2 sürücü və 8 süpürgəçi fəxri fərmanlarla təltif edilmişlər.

Tədbir konsert proqramı ilə davam etdirilmişdir.

 

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında