“Təmiz Binəqədi” layihəsi çərçivəsində növbəti aksiya

“Bakı 2015” ilk Avropa Oyunlarına hazırlıq məqsədilə keçirilən “Təmiz Binəqədi” layihəsi çərçivəsində növbəti aksiya həyata keçirilmişdir.

Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə baş tutan aksiyada rayon ictimaiyyəti və könüllü gənclər Binəqədi rayonunda yerləşən çimərlik ərazilərində təmizlik işləri görmüş, əhalini layihə ilə ətraflı tanış etmiş və sakinlərə maarifləndirici təbliğat vasitələri paylamışlar.

Daha sonra aksiya iştirakçıları çay süfrəsi ətrafında layihə ilə bağlı müzakirələr aparmış, gənclərin asudə vaxtının səmərəli keçirilməsi üçün əyləncə təşkil edilmişdir.

 

V. BAYRAMOV, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında