Mahir Dərziyev: Bu, bölgənin lider dövləti olan Azərbaycanı istəməyən qüvvələrin təxribatıdır

İyulun 10-da Gəncədə baş verən hadisələr bölgənin lider dövləti olan Azərbaycanı istəməyən qüvvələrin təxribatıdır. 
 
bu sözləri Gürcüstan parlamentinin deputatı, hakim “Gürcü arzusu-Demokratik Gürcüstan” partiyasının üzvü Mahir Dərziyev Gəncədə baş verən hadisələri şərh edərkən söyləyib.
M.Dərziyev bildirib ki, iyulun 10-da təqribən 200 nəfərədək radikal dini yönümlü şəxslərin Gəncə şəhərində asayişi kobud şəkildə pozmağa cəhd göstərməsi xəbəri Gürcüstanda yaşayan azərbaycanlıları da ciddi şəkildə hiddətləndirib. Bu cür qanunazidd hərəkətlər Azərbaycanda siyasi sabitliyi pozmağa yönəlib. Gürcüstanda yaşayan azərbaycanlılar bunun əleyhinədir və müstəqil Azərbaycan dövlətini, onun Prezidentini dəstəkləyirlər. 
Deputat qeyd edib ki, əlinə soyuq silah, deşici-kəsici alətlər alaraq asayişi pozmağa cəhd göstərmək, xidməti vəzifəsini yerinə yetirən şəxsləri qətlə yetirmək nə dinə, nə də demokratiyaya xidmət edir. Bu, yalnız və yalnız ölkədə sabitliyi, ictimai asayişi pozmağa, xaos yaratmağa yönəlmiş bir addımdır. 
M.Dərziyev daha sonra deyib: “Azərbaycan bu gün təkcə Cənubi Qafqazda deyil, bütün dünyada sülhün və təhlükəsizliyin bərqərar olmasına çalışır. Azərbaycanın müəllifi olduğu, Gürcüstan və Türkiyə ilə birgə həyata keçirdiyi irimiqyaslı enerji, nəqliyyat və digər infrastruktur layihələri region və dünya dövlətlərinin, xalqlarının sosial, iqtisadi inkişafına, təhlükəsizliyinə xidmət edir. Lakin bəzi antiazərbaycan qüvvələr bunu istəmirlər. Azərbaycanda, eləcə də xarici ölkələrdə təxribatçı hərəkətlərə yol verir, pozucu aksiyalar təşkil edir, şüarlar səsləndirirlər. “Biz, Gürcüstanda yaşayan azərbaycanlılar tarixi Vətənimiz olan Azərbaycanı xaosa çevirmək istəyən qüvvələrin bu hərəkətlərini qətiyyətlə pisləyirik. Hamımız tarixi Ana Vətənimizin yanında olmalıyıq və Azərbaycanı qarışdırmaq istəyən qüvvələrin istəklərinə çatmasına birlikdə imkan verməməliyik”, - deyə M.Dərziyev vurğulayıb. 
Xətayi Əzizov,
 AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında