İdmançılar bu hadisədən hiddətlənmişlər

Azərbaycan özünün dinamik inkişafı, multikultural dəyərləri, sülhsevərliyi ilə bu gün dünyanın diqqət mərkəzindədir. Bu isə ölkəmizin uğurlarına sevinməyən bəzi dairələrin qısqanclığına səbəb olur. Sabitliyimizi pozmağa cəhdlər edilir.  
 
Təəssüf hissi keçirirəm ki, Gəncədə belə bir hadisə oldu. Xüsusilə vəzifə borclarını yerinə yetirərkən iki yüksək rütbəli polis əməkdaşının həlak olması bizim üçün çox ağırdır. Bu hadisə mənim üçün ikiqat ağırdır. Çünki polis polkovniki İlqar Balakişiyevlə polis orqanlarında birgə çalışmışdıq. Serjant rütbəsindən polkovnik rütbəsinə qədər yüksəlmişdir. Bu da onu göstərir ki, o xalqına, millətinə layiqincə qulluq edib. İnanıram ki, Gəncədəki ziyalılar belə hadisənin bir daha təkrarlanmasına yol verməyəcəklər. Bu hadisəni törədənlər dövlətini, millətini sevməyənlərdir. Bu insanlar mütləq öz layiqli cəzalarını alacaqlar. 
Mən bir idmançı və gəncəli kimi öz borcumu yerinə yetirərək, gənclərə, idmançılara tövsiyəmi verdim. Hər kəs bu təxribatı törətmək istəyən insanların qarşısını alsın və gəncləri bu cür insanların arxasınca getməməyə səsləsin. Bilirisiniz ki, Gəncə Azərbaycanın ən qədim şəhərlərindəndir. Gəncəlilər hər zaman millətinə, dövlətinə sədaqətlə qulluq ediblər. 
Bizim ən böyük problemimiz Qarabağdır. Xalq olaraq bir--birimizə qarşı silah qaldırmayaq, düşmənə qarşı birlikdə savaşaq, öz tarixi torpaqlarımızı yağı düşməndən azad edək. 
Biz dövlətimizə güvənirik və əminik ki, bu təxribatı törədənlər qanun çərçivəsində öz layiqli cəzalarını alacaqlar. Biz dövlətimizi, cənab Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyirik. 
Füzuli MUSAYEV, 
Azərbaycan Taekvondo Federasiyasının birinci vitse-prezidenti, 
Dünya Taekvondo Federasiyasının Gənclər Komitəsinin üzvü

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında