Telefon enerjisini hava ilə dolduran qolbaq…

Şəbəkədə telefonu hava ilə doldurmaq funksiyasına malik yeni “BandCharge” qolbağı haqqında məlumatlar dərc edilib.

Fins.az bu barədə xəbər verir, yeniliyin unikallığı ondadır ki, smartfonu enerji ilə doldurmaq üçün onunla birbaşa təmas yaratmağa ehtiyac yaranmır. 
Tərtibatçıların sözlərinə görə, yeni “”BandCharge” qolbağında telefonun hava ilə doldurulmasında xüsusi daxili ötürücüdən istifadə edilir. Bu, qidalandırma cihazının smartfondan 15-20 santimetr məsafə aralıda yerləşməsinə imkan verir. Həmçinin cihazdan smartfonun yaddaşında olan faylların oxunmasında da istifadə edilə bilər.
Şəbəkədə təqdim edilən yeniliyi qiymətləndirən mütəxəssislər qeyd ediblər ki, bu cihazın hətta yüksək qiyməti olsa belə, olduqca tələbatlı ola bilər. Tərtibatçılar özləri isə etiraf edirlər ki, hələlik onların maliyyə mənbələri mövcud deyil. Belə çıxır ki, hava ilə doldurulan “BandCharge” qolbağı hələ ki, tərtibat olaraq qalacaq .

 

İsaq Əmənullayev
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında