Təhlükəsiz internet xidmətlərindən yararlanmaq mövzusunda maarifləndirici seminar

Qəbələ RİH-dən verilən məlumata görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti Qəbələ rayonunda uşaqların internetdə olan təhlükələrdən müdafiəsi mövzusunda seminar təşkil edib. İnteraktiv şəkildə aparılan seminarda məktəblilərə internetdə zərərli kontentlərdən qorunmağın yolları izah olunub. Qəbələ şəhər 5 saylı orta məktəbdə keçirilən tədbirdə iştirak edən şagirdlərə, müəllim və valideynlərə “Aztelekom” MMC-nin öz internet istifadəçiləri üçün təqdim etdiyi “informasiyanın filtrlənməsi” rolunu oynayan xidməti barədə məlumat verilib. Bu xidmət sayəsində insanların, əsasən də azyaşlı uşaqların psixologiyasına mənfi təsir edən veb-səhifələr istifadəçilər tərəfindən filtr olunur. Beləliklə, cinayətkarlıq, əxlaqsızlıq və aqressivliyi əks etdirən internet saytlarına giriş nəzarətə götürülür, arzuolunmaz saytlara girişə qadağa qoyulur. Uşaqlar arzuolunmaz saytlara daxil olmaq istədikdə bu xidmət səhifələrə girişi məhdudlaşdırır. “Aztelekom” MMC-nin şöbə müdiri Emin Quliyev seminar iştirakçılarına məlumat verib ki, bu xidmətdən yalnız azyaşlı uşaqların valideynləri deyil, eləcə də iş saatlarında effektivliyin artırılması məqsədi ilə hüquqi şəxslər də istifadə edə bilərlər. “Valideynlər bilməlidirlər ki, övladlarını bu cür təhlükələrdən qorumaq üçün xüsusi filtr proqramları var. “Aztelekom” olaraq biz abunəçilərimizə təhlükəsiz internet üçün filtr xidməti təqdim edirik”. Xidmətdən istifadə qaydaları ilə bağlı bildirilib ki, istifadəçi “ağ siyahı” yaradaraq, arzuolunan internet resurslarının siyahısını tərtib edir. Eyni zamanda, təhlükəli resurslarını “qara siyahı”ya salaraq, onlardan istifadəni məhdudlaşdıra bilir. 

İsaq Əmənullayev
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında