Gürcüstan-- Azərbaycan əlaqələri genişlənir

Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bu ölkənin mədəniyyət və idman naziri Mixail Georqadze ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə iki ölkə arasında mədəni əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

F.Muradov deyib ki, Azərbaycan ilə Gürcüstan strateji tərəfdaşdırlar: "Bu da bizə bütün sahələrdə əlaqələrin inkişafı üçün geniş imkanlar yaradır".

Azərbaycanın qonşu və qardaş Gürcüstan ilə əlaqələrinin bütün sahələr üzrə inkisafında maraqlı olduğunu vurğulayan Dövlət Komitəsinin sədri deyib ki, iki xalqı oxşar tarix və talelər birləşdirir: "Səfərimizin əsas məqsədi də mədəni əlaqələrimizin, mədəni irsimizin qorunması, əlaqələrimizin daha da möhkəmlənməsinə xidmət edir".

F.Muradov Azərbaycanda mədəniyyətin inkişafı ilə bağlı Birinci vitse-prezident, xanım Mehriban Əliyevanın həyata keçirdiyi layihələrin əhəmiyyətini xüsusi qeyd edib. Bildirib ki, Heydər Əliyev Fondunun xətti ilə təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də çox vacib, mədəni layihələr həyata keçirilir.

Nazir Mixail Georqadze deyib ki, ölkəsi Azərbaycan ilə əlaqələrin inkişafında xüsusilə maraqlıdır və hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq hər bir şəxs bu əlaqələrə böyuk önəm verir.

O bildirib ki, nazirlikdə xüsusi işçi qrupu yaradılıb. Bu qrup mədəni əlaqələrin inkişafı və daha da möhkəmlənməsi ilə məşğuldur: "Çox şadam ki, Azərbaycanda da belə bir qrup yaradılıb. Bu qruplar mədəni irsimizin mühafizəsi, birgə tədbirlərin təşkili və digər məsələlərlə məşğul olur".

Nazir Gürcüstanda yaşayan azərbaycanlıların gurcü ictimaiyyətinə və Avropaya inteqrasiyasından razılığını ifadə edib, onlara öz mədəniyyətlərini inkişaf etdirmələri üçün hər cür şəraitin yaradıldığını bildirib.

Görüşdə mədəni irsin bərpası, mühafizəsi və gələcək nəsillərə çatdırılması, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında