“Habertürk” qəzeti: Rəcəb Tayyib Ərdoğan TANAP-ı “Enerjinin İpək Yolu” adlandırdı

Məlum olduğu kimi, iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib. Müasir dünyanın enerji xəritəsinə mühüm yeniliklər gətirəcək bu layihə barədə təkcə Azərbaycan mətbuatı deyil, eləcə də regionun bütün ölkələrini təmsil edən kütləvi informasiya vasitələri geniş söz açır, ətraflı məlumat verirlər. 
 
Qardaş Türkiyənin 400 min tirajla yayımlanan“Habertürk” qəzeti bu məzmunlu informasiyasında qeyd edir ki, Prezident Rəcəb Tayyib Ərdoğan açılış mərasimindəki nitqində Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından və Xəzərin digər sahələrindən hasil edilən təbii qazın Türkiyəyə və Avropaya nəqlini nəzərdə tutan TANAP layihəsini “Enerjinin İpək Yolu” adlandırdı.
Məlumatda bildirilir ki, bu layihə ilə bağlı Azərbaycan ilə Türkiyə arasında Anlaşma Memorandumu 2011-ci il dekabrın 24-də, Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair saziş isə 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiqlənib. TANAP layihəsi təbii qazın “Şahdəniz”dən, eyni zamanda, Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyətə malikdir.
İstanbullu həmkarlarımız yazırlar: “TANAP Türkiyə-Gürcüstan sərhədinə yaxın ərazidə yerləşən Ərdahanın Posof bölgəsindəki Türkgözü kəndindən başlayaraq, Ərdahan, Qars, Ərzurum, Ərzincan, Bayburt, Gümüşhanə, Giresun, Sivas, Yozgat, Kırşəhir, Qırıqqala, Ankara, Əskişəhər, Biləcik, Kütahya, Bursa, Balıkəsir, Çanaqqala, Təkirdağ daxil olmaqla 20 rayondan keçəcək və Yunanıstan sərhədinə yaxın Ədirnənin İpsala rayonuna ­çatdırılacaq. Xüsusilə qeyd edilir ki, TANAP Türkiyədə bu günə qədər ərsəyə gələn ən böyük və ən uzun analoji layihədir. Layihə çərçivəsində biri Əskişəhərdə, digəri isə Trakyada olan iki mühüm qurğu istifadəyə veriləcəkdir. Həmin qurğular Azərbaycandan gələn təbii qazın beynəlxalq qaz boruları şəbəkəsinə qoşulmasını təmin edəcəkdir. 
Hazırladı: 
İttifaq MİRZƏBƏYLİ,
 “Xalq qəzeti”
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında