“Tarixin qızıl səhifəsi”

Dünən Zaqatalada Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, hüquq-mühafizə orqanlarının, idarə-müəssisələrin rəhbərləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
 
Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində ulu öndərin abidə kompleksini ziyarət etmiş, önünə tər çiçəklər düzmüş, dahi rəhbərə sonsuz sevgi və ehtiramlarını bildirmişlər.
Sonra Heydər Əliyev Mərkəzində 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş “Tarixin qızıl səhifəsi” adlı elmi-praktik konfrans keçirilmişdir. Konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanmış, sonra rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin məruzəsi dinlənilmişdir. Məruzəçi 1993-cü ilin iyun hadisələri ərəfəsindəki hərc-mərcliyi, yaranmış ağır vəziyyəti xatırladaraq, yalnız ümummilli lider Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində sabitliyin bərqərar olunmasından söz açmışdır. 
Natiq dünya şöhrətli siyasi xadimin Vətən və xalq qarşısındakı xidmətlərindən, zəngin dövlət idarəçiliyi təcrübəsindən danışmış, ölkəmizin müstəqilliyinin qorunub saxlanılmasında, Azərbaycanın parçalanmaq təhlükəsindən xilas edilməsində, iqtisadiyyatımızın, elm və təhsilimizin inkişafında, respublikamızın dünya birliyinə inteqrasiyasında müstəsna rolunu nəzərə çatdırmış, həmçinin ulu öndərimizin respublikamızın bu günü və gələcəyi naminə müəyyənləşdirdiyi inkişaf strategiyasının əhəmiyyətini vurğulamışdır. 
Ümummilli liderimizin siyasi xəttinin bu gün də dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən əzmlə və uğurla davam etdirildiyini yığıncaq iştirakçılarının diqqətinə çatdıran və çıxışını xalqımızı parlaq, firavan gələcək gözlədiyi barədə fikirlərlə yekunlaşdıran rayon rəhbəri fürsətdən istifadə edərək xalqımızı, bütün Zaqatala sakinlərini qarşıdan gələn Ramazan bayramı münasibəti ilə təbrik etmiş, Allahdan tutulan orucların, verilən fitrə-zəkatların qəbul olunmasını diləmişdir.
Konfransda çıxış edən digər natiqlər ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə Azərbaycanın idarəçilik sükanı arxasına keçdikdən sonra qısa müddətdə milli dövlətçilik ideyalarını sürətlə həyata keçirdiyini, üzləşdiyi çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə sinə gərərək mübarizlik, əyilməz iradə, dəmir məntiq, özünəinam və siyasi uzaqgörənlik kimi keyfiyyətlərdən məharətlə bəhrələnərək xalqımızı qardaş qırğınından, vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirilmək təhlükəsindən xilas etdiyini, müasir tariximizə dövlətçiliyimizin xilaskarı, banisi və qurucusu kimi daxil olduğunu qeyd etmişlər. Konfrans ulu öndərə həsr olunmuş sənədli filmin nümayişi ilə yekunlaşmışdır. 
Konfransdan sonra tədbir iştirakçıları yeni inşa olunmuş, tərkibində ticarət obyektləri, şadlıq sarayı və ofis otaqları olan “Günəş Plaza” sahibkarlıq obyektinin açılışında iştirak etmişlər. 
Açılış mərasimində qeyd olunmuşdur ki, yenicə istifadəyə verilmiş sahibkarlıq obyektində 30 nəfər Zaqatala sakini daimi iş yeri ilə təmin edilmişdir. Obyektin açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra rayon rəhbəri və tədbir iştirakçıları burada yaradılan şəraitlə yaxından tanış olmuşlar. 
Daha sonra tədbir iştirakçıları Mosul kəndində rayon icra hakimiyyəti tərəfindən əsaslı təmir olunmuş 40 yerlik körpələr evi-uşaq bağçasının açılış mərasimində iştirak etmişlər.
Axşam isə Heydər parkında rayonun incəsənət ustalarının iştirakı ilə bayram konserti təşkil edilmişdir. 
İlqar HƏSƏNOV, 
“Xalq qəzeti”nin 
bölgə müxbiri
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında